Sosial

Oqtay Gülalıyevə əlillik statusu verməkdən imtina edilib

4 İyun, 2021
1261

Sosial Media

Azərbaycanda tanınmış hüquq müdafiəçisi, Repressiya və İşgəncələrə Qarşı Komitənin koordinatoru Oqtay Gülalıyeva əlilliyə görə müavinət verilməklə əlillik statusunun verilməsindən imtina ediblər. Bu barədə "Turan"ın sorğusundan sonra Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildiriblər.

Ailəyə Bakı şəhər 36 saylı poliklinikanın həkim-məsləhət komissiyasının O. Gülalıyevin əlilliyilə bağlı rəyinə cavab göndərilməyib. Gülalıyevin xanımı DOST-a  müraciət etdikdən sonra imtina barədə rəsmi təsdiq alıb.

Mayın 7-də  DOST vasitəsilə xəstənin yaşadığı yer üzrə xidmət göstərən Bakı şəhər 36 saylı poliklinikanın həkim-məsləhət komissiyasının rəyi bu agentliyə göndərilib. Rəyi nəzərdən keçirdikdən və Agentliyi maraqlandıran suallara cavab tapmadan oradan əlilliyin verilməsindən imtina edilib.

Bu barədə məlumat verən Agentliyin əməkdaşı bildirib ki, imtina tibbi rəydə zəruri informasiyanın, o cümlədən xəstəliyin əsas simptomları barədə bilginin olmamasına görə avtomatik daxil olub.

Poliklinikada tərtib edilən arayış "natamam və səthi" olub. İmtina barədə məlumat verən şəxs Gülalıyevin ailəsinə məsləhət görüb ki, poliklinikaya bir daha müraciət etsinlər.

Hazırda Gülalıyev müalicəsini evdə davam etdirir. O hərəkətsizdir, yataq rejimindədir, tərpənə bilmir. Xanımı  deyir ki, Oqtay danışılanları anlayır və zəif hərəkətlərlə öz istəyini bildirə bilir.

Buna baxmayaraq, ağır vəziyyətin bütün əlamətləri göz önündədir, əlillik ona görə verilməyib ki, 36 saylı poliklinikanın həkimləri onun vəziyyəti barədə rəy tərtib edə bilməyiblər. Bunun əsasında Gülalıyev əlillik, müalicə və dərman preparatları üçün lazım pul vəsaitini ala bilər.

"Turan"-a bildiriblər ki, hər halda, Agentlik düzgün tərtib edilmiş sənədləri aldıqdan sonra Gülalıyevin barəsində əlilliyi rəsmiləşdirəcək, o, dövlət müavinətini əlillik statusunun rəsmi təsdiq olunduğu gündən alınacaq.

Poliklinika həkimlərinin səhvi hüquq müdafiəçisinin ailəsinin ən azı bir aylıq ödəniş miqdarında əlillik müavinətini almamasına səbəb olub.

Oqtay Gülalıyevin xanımı Firuzı Gülalıyeva bildirib ki, ötən ilin sonunda Azərbaycana qayıtdıqdan sonra əlilliyin rəsmiləşdirilməsi üçün poliklinikaya müraciət edib, lakin 36 saylı poliklinika həkim-məsləhət komissiyasının rəyini mayın 7-də göndərib.

Bu gün Firuzə Gülalıyeva həkimlərin səhlənkarlığı ilə əlaqədar Səhiyyə Nazirliyinə şikayət göndərib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo