Sosial

“ADO bütün əşyaları ilə birlikdə küçəyə göndərilir...”

10 Mart, 2021
2347

ADO

Ölkənin müstəqil teatrlarından biri, 9 yaşlı ADO ( Azərbaycan Dağınıq Oda ) kirayə götürdüyü binadan çıxarılır. Bu barədə martın 10-da teatrın “Feysbuk” səhifəsində məlumat paylaşılıb. 

Məlumata görə, ADO-ya martın 15-dək məkanı təhvil verməklə bağlı xəbərdarlıq edilib. 

Teatr rəhbərliyi bildirir ki, bir ildir pandemiya ilə əlaqədar ölkədə qapanmalar var və teatrların fəaliyyətinə icazə verilmir. Həmin müddətdə onlar yerləşdikləri məkanı itirməmək üçün əllərindən gələni etməyə çalışdıqlarını, amma icarəyə götürdükləri binanın sahibinin çox az güzəşt etdiyini bildirirlər.

“...bəzən küçəyə SMS-lə çıxdığımız vaxtlarda belə məkanı itirməmək üçün icarənin 30 faizini ödəmək məcburiyyətində qalırdıq. Bu bir ildə teatrın gəlirləri az, xərcləri isə çox oldu. Bir neçə dəfə ara məsafəni qorumaqla məhdud sayda insan üçün tamaşalar göstərsək də, bu, məkanı saxlamağımıza bir o qədər də kömək olmurdu. İcarədarla apardığımız danışıqlar nəticəsiz oldu və bu gün “güzəşt olmayacaq” cavabını aldıq”. 

ADO teatrı - Sosial Media

ADO rəhbərliyi 9 il ərzində çox sayda rekvizit yığıldığını, indiki vəziyytədə onlara sahib çıxa bilmədiklərini və martın 15-də Mirzəağa Əliyev-245 ünvanındakı məkandan çıxmalı olduqlarını bildirir.

“Geridə qoyduğumuz 9 ilə və qarşıya güzgü tutmağa, bütün baş verənləri ölkənin ilk müstəqil teatrı olaraq ictimaiyyətlə müzakirə etməyə açıq qoyacağıq. 

10 mart 2021: bu gün Azərbaycanda Milli Teatr Günüdür?” – açıqlama bu sualla bitir. 

Teatrın rəhbəri Elmin Bədəlov həm də 2021-ci il fevralın 14-də yaradılmış Gəncənin ilk müstəqil teatrı  “dAo”-nun qurucusudur. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo