Sosial

Azərbaycan qan laxtalanmasına səbəb olduğu deyilən peyvənddən istifadə edəcəkmi?
 

8 Aprel, 2021
2975

The Guardian

“Rəsmi bir qurum “AstraZeneca”nın vurulmasının təhlükəli olduğunu təsdiqləyibsə, düşünürəm ki, biz də bu vaksinə ehtiyatla yanaşmalıyıq”.

Həkim Vaqif Qarayev “Toplum TV”-yə belə deyir.

Sosial media

Aprelin 6-da Avropa Dərman Agentliyinin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına açıqlamasında sözügedən peyvənd preparatının qanı laxtalandırdığını bəyan edib.

Bir müddət bundan əvvəl "AstraZeneca" vaksininin qanda laxtalanmaya səbəb olduğu barədə məlumat verilmiş; bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa, İtaliya, Hollandiya bu vaksindən istifadəni dayandırmış; Britaniya "Oxford-AstraZeneca" vaksini vurulan 18,1 milyon insandan 30 nəfərinin qanında tromb yarandığını bildirmiş, bu ölkənin Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Qurumu martın 24-də peyvənd olunan 30 nəfərdən 7-nin öldüyünü açıqlamışdı.

ÜST-ün Standartlar və İlkin Seçim Departamentinin direktoru Roxerio Pinto de Sa Qasparsa "AstraZeneca" peyvəndi ilə tromboz arasında əlaqə müəyyən edilmədiyini bildirib.

Azərbaycanın səhiyyə nazirinin müavini Viktor Qasımov APA-ya müsahibəsində vaksinasiya prosesinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tənzimləndiyini söyləyib: “Heç kəs özbaşına qərar qəbul etmir”.

O, Azərbaycanda “AstraZeneca”-dan hələ ki istifadə olunmadığını bildirib.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da APA-ya açıqlamasında deyib ki, son günlər “AstraZeneca” peyvəndi ilə tromboz arasında əlaqə olması barədə xəbərlər dünyada və eləcə də Azərbaycanda ciddi çaşqınlıq yaradıb.

Sosial media

O, sözügedən peyvəndin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənən 3 peyvənddən biri olduğunu və Britaniya da daxil olmaqla, bir çox Avropa ölkələrinin bir neçə aydır ondan stifadə etdiyini xatırladıb.

“Hər nə qədər insanlarda şübhə olsa da, bu günə qədər aparılan elmi tədqiqatlarda və ekspert araşdırmalarında peyvəndlə tromboz arasında hər hansı əlaqənin olduğu bildirilməyib. ÜST məsələ ilə əlaqədar dəfələrlə onlara yönəltdiyimiz sorğularımıza aydınlıq gətirib, “AstraZeneca” peyvəndindən istifadəni tövsiyə edib. Dünyanın hər yerində bu peyvənddən istifadə davam etməkdədir”.

Rəşad Mahmudovun sözlərinə görə, Azərbaycanda adıçəkilən peyvəndlə bağlı qərar aidiyyəti qurumların, yerli və beynəlxalq ekspertlərin rəylərinə əsasən, araşdırmalar aparıldıqdan sonra veriləcək.

“Azərbaycan cəmiyyəti əmin olmalıdır ki, dövlətimiz hər bir vətəndaşın sağlamlığını düşünür, pandemiyanın bu günə qədər vurmuş olduğu iqtisadi və digər zədələrin artmaması üçün zamanında addımlar atır. Bu addımlardan ən effektlisi kütləvi şəkildə peyvəndləmə prosesinin aparılmasıdır. Digər məsələlərdə olduğu kimi, ölkəmiz bu mübarizədə də lider olmağa çalışır”.

Həkim-pediatr Vaqif Qarayev isə yayılan xəbərlərdən sonra sözügedən vaksinə qarşı diqqətli olmağa çağırır: “Rəsmi bir qurum “AstraZeneca”nın vurulmasının təhlükəli olduğunu təsdiqləyibsə, düşünürəm ki, biz də bu vaksinə ehtiyatla yanaşmalıyıq. Hələlik bizdə vurulan “Sinovac” inaktiv vaksinidir, yəni virus öldürülərək insan bədəninə yeridilir. Ölü virusun insan orqanizminə ciddi səviyyədə mənfi təsiri yoxdur, bu baxımdan “Sinovac” ən təhlükəsiz vaksindir. “AstraZeneca”nın bizdə vurulub-vurulmayacağını isə mən yox, ancaq qərarı verənlər deyə bilər. Ümumənsə həm daşınma, həm saxlanma, həm də qiymət baxımından “Sinovac” daha əlverişli vaksindir”.

Nazirlər Kabineti yanında Operativ Qərargah “Toplum TV”-nin bununla bağlı sorğusuna cavab verməyib.

Aprelin 4-də Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza “Vaxzevria” vaksini gətirilib. Mayın sonuna qədər daha 432 000 dozanın idxalı nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo