Sosial

Azərbaycanda etik davranış qaydalarının ən çox pozulduğu qurumlar

3 İyun, 2021
2880

Sosial Media

Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilən 1044 intizam tənbeh tədbirinin təhlilinin nəticələri açıqlanıb.

Bu barədə dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinə dair 2020-ci il üzrə hesabatda bildirilib.

Məlumata görə, Daxili İşlər Nazirliyi üzrə 538, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 351, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 88, Dövlət Gömrük Komitəsi üzrə 33, Xarici İşlər Nazirliyi üzrə 10, İqtisadiyyat Nazirliyi üzrə 7, Dövlət Statistika Komitəsi üzrə 4, Kənd Təsərrüfatı Nazirliyi üzrə 3, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 2, Qida Təhlükəsizliyi Agentliyi üzrə 2, Ali Attestasiya Komissiyası üzrə 1, Maliyyə Nazirliyi üzrə 1, Energetika Nazirliyi üzrə 1, Dövlət Miqrasiya Xidməti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında tətbiq edilən 1044 intizam tənbeh tədbirindən 705-i töhmət, 292-si dövlət qulluğundan azad edilmə, 34-ü vəzifə maaşının azaldılması, 8-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 3-ü daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.

Etik davranış qaydalarının ən çox pozulduğu icra hakimiyyətləri

Hesabat dövründə yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 201 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Masallı Rayon İcra Hakimiyyəti üzrə 19, Lerik Rayon İcra Hakimiyyəti üzrə 16, Qobustan Rayon İcra Hakimiyyəti üzrə 12, Samux Rayon İcra Hakimiyyəti üzrə 11, Ağcabədi Rayon İcra Hakimiyyəti üzrə 11, Tərtər Rayon İcra Hakimiyyəti üzrə 10, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə 9, Xaçmaz Rayon İcra Hakimiyyəti üzrə 8, Zaqatala Rayon İcra Hakimiyyəti üzrə 8, Qazax Rayon İcra Hakimiyyəti üzrə 8, Bərdə Rayon İcra Hakimiyyəti üzrə 6, İsmayıllı Rayon İcra Hakimiyyəti üzrə 6, Şamaxı Rayon İcra Hakimiyyəti üzrə 6, Ucar Rayon İcra Hakimiyyəti üzrə 6, Binəqədi Rayon İcra Hakimiyyəti üzrə 5, Qaradağ Rayon İcra Hakimiyyəti üzrə 5, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə 5, Yardımlı Rayon İcra Hakimiyyəti üzrə 5, Səbail Rayon İcra Hakimiyyəti üzrə 4, Ağdam Rayon İcra Hakimiyyəti üzrə 4, Ağstafa Rayon İcra Hakimiyyəti üzrə 4, Şəki Şəhər İcra Hakimiyyəti üzrə 4, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 3, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə 3, Kəlbəcər Rayon İcra Hakimiyyəti üzrə 3, Tovuz Rayon İcra Hakimiyyəti üzrə 3, Bakı Şəhər İcra Hakimiyyəti üzrə 2, Nərimanov Rayon İcra Hakimiyyəti üzrə 2, Füzuli Rayon İcra Hakimiyyəti üzrə 2, İmişli Rayon İcra Hakimiyyəti üzrə 2, Cəlilabad Rayon İcra Hakimiyyəti üzrə 2, Qəbələ Rayon İcra Hakimiyyəti üzrə 2, Pirallahı Rayon İcra Hakimiyyəti üzrə 1, Yasamal Rayon İcra Hakimiyyəti üzrə 1, Kürdəmir Rayon İcra Hakimiyyəti üzrə 1, Oğuz Rayon İcra Hakimiyyəti üzrə 1, Qax Rayon İcra Hakimiyyəti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 201 intizam tənbeh tədbirindən 182-si töhmət, 12-si dövlət qulluğundan azad edilmə, 3-ü ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...
Sosial

Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var 

8 Sentyabr 2026

Toplum TV

Azərbaycanda müxtəlif vaxtlarda pensiyaya çıxmış, amma peşə fəaliyyətini davam etdirən mülki pilotlar Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.  Bu barədə sentyabrın 7-də "Azadlıq Radiosu"nun verdiyi məlumata görə, şikayətə səbəb 2024-cü ilin yayında pilotların pensiyasının yenidən hesablanaraq azaldılması olub.  Ümumilikdə 76 pilot fonda qarşı iddia ilə çıxış edib. Onların arasında 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL təyyarəsinin kapitanı olmuş, prezident tərəfindən Milli Qəhrəman adı verilmiş İqor Kşnyakin də olub.  Bakı İnzibati Məhkəməsi pilotların iddiasını təmin etsə də, DSMF apellyasiya şikayəti verib. Fond Kşnyakin istisna olmaqla, digər 75 pilot barədə aşağı instansiya məhkəməsinin qərarının ləğvini istəyib. Çünki həmin vaxta qədər artıq...

Seçilmiş Videolar

Toplum TV loqo