Açıq mənbələrdən götürülüb
Səhiyyə Nazirliyində Çin tərəfindən Azərbaycana təmənnasız olaraq verilən 150 min doza koronavirus peyvəndinin təqdim olunmasına həsr olunmuş təhvil-təslim aktının imzalanması mərasimi keçirilib.
Bu barədə aprelin 27-də Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tədbirdə səhiyyə nazirinin müavini Viktor Qasımov, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Ramil Rzayev və Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min çıxış edib.
Qo Min çıxışında Çin hökumətinin Azərbaycana təmənnasız olaraq COVID-19 infeksiyası əleyhinə 150 000 doza peyvəndin təqdim edilməsinə həsr edilmiş təhvil-təslim mərasiminin təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırıb.
Çinli səfir çıxışı zamanı Azərbaycan arasında etibarlı dostluq və tərəfdaş münasibətlərinin mövcud olduğunu və bu münasibətlərin daha da dərinləşməsinə hazır olduqlarını qeyd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"
Meydan TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Toplum TV
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”