Sosial

Hesabat: Azərbaycan məhbusların sayına görə Avropada liderlər arasındadır

8 Aprel, 2021
2036

Sputnik

Avropa Şurası məhbus əhali sayı barədə yeni hesabatını dərc edib.

Hesabata görə, Azərbaycanda ümumilikdə 21012 məhbus var. Onların 2,7 faizi qadınlardır. Hər 100 min nəfərə 208.7 məhbus düşür. 

Sənəddə qeyd olunub ki, son 10 ildə Azərbaycanda məhbus sayında 14% azalma olub: 2018-ci ildə 235, 2019-cu ildə 218, 2020-ci ildə 208 nəfər.

Ermənistan və Gürcüstanda isə bu göstərici daha yüksək - 50% təşkil edib.

Avropada hər 100 min nəfər əhaliyə düşən məhbus sayına görə, ilk dördlükdə bu ölkələr qərarlaşıb: Türkiyədə 357, Rusiyada 356, Gürcüstanda 263, Litvada 219 məhbus var.

Azərbaycan isə siyahıda 5-ci yerdədir.

Hər 100 min nəfərə Ukraynada 126, Ermənistanda 75, İslandiyada 45, Finlandiyada 48 məhbus düşür. 

Hesabata görə, Azərbaycanda mövcud olan hər 100 həbs yerinə 82.4 məhbus düşür. Məsələn, Türkiyədə bu rəqəm 127, İtaliyada isə 120-dir.

Diqqət çəkən məqamlardan biri məhbuslara günlük xərclənən vəsaitlə bağlıdır. Belə ki, 5,9 avro vəsaitlə Azərbaycan məhbuslara ən az vəsait xərcləyən 3 ölkədən biridir. Bolqarıstan bir məhbusa 5,7, Rusiya 2,8, Gürcüstan 12,6, Ermənistan isə 18,8 avro xərcləyir.

"Azərbaycanda məhbuslara xərclənən məbləğ yüksək deyil"

Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquqşünas Əlməmməd Nuriyev "Toplum TV"-yə hesabatı şərh edərkən belə deyib.

Əliməmməd Nuriyev - Sosial Media

"Azərbaycanda məhbuslara xərclənən vəsaitin metodologiyası, digər ölkələrdən fərqli ola bilər. 5,9 avro məhkumun yalnız yemək, qalmaq xərcdir. Avropa ölkələrində məbləğin yüksək olması kommunal, sığorta, tibbi xərclərinin də hesaba qatılması ilə əlaqədar ola bilər.  Azərbaycanda isə bunlar hesaba alınmır".

Hüquqşünas deyir ki, devalvasiyaya qədər Azərbaycanda bir məhkumun bir illik xərci 6000 manat təşkil edib.

Ə.Nuriyev məhbusların sayının son illərdə baş verən azalmanı belə izah edir:

"Cinayət məcəlləsinə 2017-2020-ci illərdə 600 dən artıq dəyişikliklər olub. Məcəllələrin bəziləri dekriminallaşdırıldı, bəzilərində isə sanksiyalar azaldıldı. Həmçinin, cinayətin təsnifatında da dəyişiklik oldu. Məsələn, ağır cinayət az ağır cinayət kimi təsnifatlaşdırıldı. Bu dəyişikliklər məhbusların sayında əhəmiyyətli şəkildə azalmaya gətirib çıxardı. 

Hüquqşünasın fikrincə, məhbus sayında azalma olsa da, 21012 rəqəmi kifayət qədər yüksək göstəricidir.

"Azadlıqdan məhrumetmə cəzası nə qədər az olarsa, yeni kriminal qrupların yaranması imkanı da məhdudlaşacaq. Çünki həbsxanalarda fərqli bir mədəniyyət hökm sürür. Buna submədəniyyət də deyilir. Sosioloji tədqiqatlar göstərir ki, 5 ildən artıq həbsxanada qalan  şəxslərin davranışında cinayətə meyillilik, neqativ hərəkətlər yaranmağa başlayır. Eyni zamanda bu onların gələcəkdə cəmiyyətə inteqrasiyasına da çətinliklər yaradır. Bununla belə, cəzanın humanistəşdirilməsi cəzasızlığa yol açmamalıdır. Buna görə də gələcəkdə cəzalar təyin olunarkən bütün bunlar nəzərə alınmalı, məhbusların sayında balans qorunmalıdır".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Sosial

Yağış sığorta şirkətlərinə 1 milyon manata başa gəlir

18 Aprel 2025

açıq mənbədən götürülüb

Aprelin 15 və 16-da baş verən kəskin yağıntıya görə 800-ə yaxın sığorta hadisəsi qeydə alınıb. Onların ümumi zərər məbləğinin 1 milyon manatı ötəcəyi ehtimal edilir. Bu barədə "Azərbaycan Sığortaçılar Assosasiyası" (ASA) İctimai Birliyi Report.az-a məlumat verib. Qurum bildirib ki, yağıntıya görə sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib. Baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 512-si avtomobil, 157-si daşınmaz əmlak sahiblərinə aiddir. Bundan başqa 77 nəfər “Kasko” sığorta növü, 21 nəfər isə yanğın və və digər risklərdən sığorta növünə görə şirkətlərə müraciət edib. 294 hadisə üzrə ehtimal olunan zərər...
Sosial

İmişlidə etiraza görə saxlanılan 14 nəfərin həbs müddəti artırılıb

7 Aprel 2025

sosial media

Bu il yanvarın 18-də İmişlidə Dövlət Yol Polis əməkdaşının törətdiyi və 3 məktəblinin ölümünə səbəb olan qəzadan sonra barəsində  saxlanılan 14 nəfərin həbs müddəti uzadılıb. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb. İmişli rayon Məhkəməsinin qərarı ilə həmin şəxslərin həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılıb. Yanvarın 18-də İmişlidə baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu.  Yüksək sürətlə hərəkət edən Dövlət Yol Polisi avtomobili yolun səkisində olan üç azyaşlının ölümünə, daha bir neçə nəfərin ağır yaralanmasına səbəb olmuşdu. Rayon sakinləri etirazlara görə saxlanılanların sayının 100-dən çox olduğunu, onların bəzilərinin ağır işgəncələrə məruz qaldıqlarını, bəzilərinin...

Seçilmiş Videolar

Toplum TV loqo