Sosial

Hesablama Palatası hansı qurumlarda yoxlama aparacaq?
 

3 Mart, 2021
3038

Sosial media

"Koronavirusla mübarizə üçün maliyyə dəstəyi alan bütün qurumlar yoxlanılacaq"

“Dövlət büdcəsindən ayrılan vəsait geniş miqyaslı və əhatəli dəstək tədbirlərinə ayrıldığı üçün konkret olaraq bir qurumun yoxlanılması nəzərdə tutulmayıb. Yəni büdcədən ayrılan o pullar vergini, səhiyyəni və digər sahələri əhatə edirdi. Buna görə də Hesablama Palatası yalnız təşkilatlarda deyil, bu məsələ ilə əlaqədar bütün qurumlarda yoxlamalar təşkil edəcək”.

Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova “Toplum TV”-yə açıqlamasında belə deyib.

Nailə Məhərrəmova-Sosial media

Qurumun sədri Vüqar Gülməmmədov 2020-ci ildə COVID-19-la mübarizə üçün ayrılmış 2 milyard manat vəsaitin xərclənməsilə bağlı yoxlamalar aparıldığını açıqlayıb: “Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin iş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlər daxil edilib, hazırda artıq bu istiqamətdə nəzarət tədbiri həyata keçirilir”.

2020-ci il dövlət büdcəsindən koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə 1 milyard 985,6 milyon manat vəsait xərclənib.

Nailə Məhərrəmova qeyd edir ki, yoxlamalar büdəcədən bu sahəyə ayrılan vəsaitin nə dərəcədə şəffaf xərcləndiyini aşkarlamaq məqsədilə keçirilir.

2020-ci martın 19-da prezidentin sərəncamıyla koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, mübarizə tədbirlərinə maliyyə dəstəyini təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon vəsait ayrılıb.

İndiyə qədər müxtəlif qurumlar və şəxslər tərəfindən yeni fonda 114 268 840 manat məbləğində ianə edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo