Sosial

““Kapital Bank”dan bildirdilər ki, xərçəng xəstəsi olduğunuz üçün kartı yeniləyə bilmərik” 

19 Aprel, 2021
1670

Açıq mənbələrdən götürülüb

““Kapital Bank”dan anama dedilər ki, xərçəng xəstəsi olduğunuz üçün kredit kartınızı yeniləyə bilmərik”.

Bunu “Toplum TV”-yə Türkan Quliyeva deyib.

Şikayətçi bildirir ki, aprelin 13-də anası “Kapital Bank”ın Yasamal filialına “BirKart” kredit kartının müddətini uzatmaq üçün müraciət edib. Bankın əməkdaşı isə müştərinin xərçəng xəstəsi olduğu üçün kartı yeniləyə bilməyəcəyini bildirib: “Bu kartı anama elə xəstəliyi dövründə satıblar və hətta kartın limitini də artırıblar. Amma sistemdə onun xəstəliyə görə əllik təqaüdü almasıyla bağlı informasiyanı görəndən sonra xidməti dayandırıblar. Yəni həm ikinci qrup əlilə, həm xərçəng xəstəsinə qarşı diskriminasiya ediblər. Açıq-aşkar deyiblər ki, səbəb anamın xəstəliyidir”.

T.Quliyeva bununla bağlı bank rəhbərliyinə şikayət etdiklərini, amma verilən cavabın onları qane etmədiyini bildirib: “Hadisəni bank əməkdaşının kobudluğu kimi qələmə verməyə çalışdılar, ancaq biz qəti şəkildə bununla razı deyilik. O əməkdaşın heç bir günahı yoxdur. Problem bankın prosedurlarındadır, çünki əməkdaş çox mədəni formada və çəkinə-çəkinə müdriyyətin tələbin bizə bildirib. İstəyimiz bu hadisəni başqalarının da yaşamamasıdır”. 

“Kapital Bank”ın onlayn əlaqə üzrə kuratoru Ülvi Xəlilovun sözlərinə görə, kredit kartı və ya kredit verəndə müştərinin səhhəti ilə bağlı proseslər qeydə alınır. Prosesinin təyinatı buna nəzərən dəyişə bilir. Əgər əməkdaşımız tərəfindən kobudluq edilibsə, bununla bağlı, təbii ki, lazımi tədbirlər görüləcək”. 

“Kapital Bank”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinovsa məsələnin araşdırıldığını bildirib: “Müştəri məlumatlarının konfidensiallığı qaydasına uyğun olaraq şəxsi məlumatları yalnız onun özünə təqdim edilə bilər. Müraciətlə bağlı araşdırmanın nəticəsi müştərinin özünə təqdim olunub”. 

Qadir İbrahimli - Musavat.com

İqtisadçı-ekspert Qadir İbrahimli “Toplum TV”-yə açıqlamasında bankın imtina qərarının qanunsuz olduğunu bildirib: “Bankla müştəri arasında imzalanan ilk müqavilədə səhhətlə bağlı məsələ öz əksini tapmayıbsa, bank qanunsuz qərar çıxarıb”. 

Türkan Quliyeva qeyd edir ki, anası ilk kartı xəstəliyinin ən ağır dövründə alıb: “Onda anamın səhhəti ilə bağlı heç bir sual verilməmişdi. Belə yanaşma yeni ortaya çıxıb və bunun qeyri-rəsmi olduğunu öyrənmişəm”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo