Sosial

Pandemiya nə vaxt bitəcək? - Rəsmilərdən açıqlama

3 Avqust, 2021
4737

Sosial Media

"Peyvəndlər artıq öz təsirini göstərir və hətta xəstəxanaya yerləşdirmə, ölüm hallarının sayının və səhiyyə sisteminə təzyiqin azalmasını vəd edir".

"Report"un məlumatına görə, bu fikirlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Hande Harmancı və qurumun Avropa üzrə regional direktoru Hans Henri P. Kluge koronavirus pandemiyasının nə vaxt bitəcəyinə aydınlıq gətirdikləri məqalədə yer alıb. 

"Hazırda, Avropa bölgəsinin əhalisinin 42.7%-i birinci doza qəbul edib, 31.3% isə tam peyvəndlənib. Məlumatlar aydındır – pandemiya bitməyib, hətta yüksək peyvəndləmə dərəcəsinə malik ölkələrdə belə. Regionda peyvəndlərin qeyri-bərabər bölgüsü bizim ən böyük problemlərimizdən biri olaraq qalır. Virusun daha sürətlə yayılan Delta ştamı yoluxma və xəstəxanaya yerləşdirmə hallarının artmasına səbəb olur. Buna görə yayılmanın qarşısını almaq və həyatlar xilas etmək, ictimai səhiyyə və sosial tədbirləri yerli kontekstə uyğunlaşdırmaq, sürətli və bərabər peyvəndləmə üçün əlimizdə olan imkanlardan istifadə etmək vacibdir", - deyə məqalədə bildirilib. 

Pandemiyanın nə vaxt bitəcəyi ilə bağlı suala isə ÜST rəsmiləri belə cavab verib:

"Bizdən tez-tez soruşurlar ki, bu pandemiya nə vaxt bitəcək? Qısa cavab odur ki, bu, sizdən asılıdır. Bu, fərdlərdən və hökumətlərdən asılıdır. Nələrin işə yaradığını bilirik; sübutumuz var. Ümid var. Özünüzü və digər insanları qorumaq pandemiyanı nəzarət altına almaq və tədricən sona çatdırmaq üçün çox vacibdir. Uzun yol qət etmişik və çətinliklərə davam gətirmişik. İndi ehtiyatı əldən verə bilmərik".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo