Turan
Bir qrup qadın – siyasi məhbusların ailə üzvləri və müxalifət fəalları fevralın 19-da ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Onlar Azərbaycan hakimiyyətindən bütün siyasi məhbusların azad edilməsini tələb ediblər və Qərb diplomatlarının diqqətini bu problemə cəlb etməyə çalışıblar.
Aksiyada xüsusən Tərtər və Gəncə işləri üzrə həbs edilənlərin ailə üzvləri, həmçinin "xeberman.com" saytının təsisçisi Polad Aslanovun və "Azel.tv" saytının təsisçisi Əfqan Sadıqovun həyat yoldaşları iştirak ediblər.
Aksiya iştirakçıları əllərində siyasi məhbusları azad etməyə çağıran şüarlar yazılmış plakatlar, habelə onların portretlərini tutublar. Onlar Novruz bayramı ərəfəsində siyasi məhbusları əfv etməyi və daha sonra onlara bəraət verməyi tələb ediblər.
Aksiyanın başlamasından 10 dəqiqə sonra gələn polis dəstələri aksiyanın qarşısını alıblar, Sevinc Sadıqovanı və Xalq Cəbhəsi Partiyasının fəalı Mətanət Mahmarzayevanı saxlayıb.
Bu zaman polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edib. Bəzi polislər reportyorların kameralarını əllərindən almağa çalışıblar, onlardan çəkiliş aparmamağı tələb ediblər, jurnalistlərin maskalarını çıxararaq onların özlərinin və vəsiqələrinin şəklini çəkiblər. Bu zaman polislər öz hərəkətləri barədə rəhbərliyə məruzə edir, onlardan göstəriş alırdılar ("Turan").
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"
Meydan TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Toplum TV
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”