Açıq mənbələrdən götürülüb
Zaqatala İcra Hakimiyyəti Toplum TV-yə cavab verdi
Bir neçə gün öncə Toplum TV-nin əməkdaşı Zaqatalanın “Şimal-şərq” massivində böyük bir ərazinin zibil poliqonu kimi istifadə olunması və poliqonun hər gün yandırılması barədə reportaj təqdim etmişdi.
Ekoaktivist Kənan Xəlilzadə məsələylə əlaqədar açıqlamasında bildirmişdi ki, məsələ Prezidentin sərəncamına əsasən həll edilməli idi, ancaq heç bir irəliləyiş yoxdur.
https://toplum.tv/multimedia/ekoaktivist-prezidentin-serencami-goyde-qalib
Zaqatala Rayon İcra Hakimiyyəti isə məsələylə əlaqədar sentyabrın 8-də Toplum TV-yə açıqlama verib.
Qeyd olunub ki, zibil poliqonu üçün yeni torpaq sahəsi seçilib, işlər aparılır:
“Yaşayış məntəqələrindən kənarda yeni zibil poliqonunun yaradılması üçün torpaq sahəsi seçilib, aidiyyatı qurumlar qarşısında rəylərin alınması üçün məsələ qaldırılib və artıq yeni poliqon üçün quyu qazılmışdır. Rəylər alındıqdan sonra yaxın zamanda zibil tullantıları yeni poliqona köçürüləcəkdir. Hazırda zibil poliqonunda sanitar-gigiyenik vəziyyətin normada saxlanması üçün mütəmadi texnika vasitəsi ilə torpaqlama işləri aparılır”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb