Dünya

Çin tezliklə Tayvana hərbi müdaxilə edə bilər

15 İyun, 2022
2405

Açıq mənbələrdən götürülüb

Çin Xalq Respublikası sədri Si Tsinpin ordudan “qeyri-hərbi” istifadə haqqında sərəncam imzalayıb. 

“Radio Free Asia” xəbər verir ki, bu, müharibə kimi təsnif olunmayan “xüsusi əməliyyat” adı altında Tayvana müdaxilə hazırlığı ola bilər. 

Sərəncam iyunun 15-dən qüvvəyə minir. 

Rəsmi “Sinhua” agentliyi bildirir ki, sənədin bəyan edilən altı  maddəsində “milli suverenliyin dəstəklənməsi, regional sabitlik, eləcə də dinc hərbi əməliyyatların təşkilinin və keçirilməsinin nizamlanması” var. 

https://toplum.tv/dunya/roma-papasi-ucuncu-dunya-muharibesi-baslayib

“Radio Free Asia” əlavə edir ki, sərəncam haqqında məlumat Ukrayna Prezidenti Volodimir Zelenskinin “Şanqri-La dialoqu” adlı forumdakı videoçıxışından və Tayfan körfəzində böhranın diplomatik həllinə çağırışından sonra yayılıb. 

Tayvan heç zaman Çin Kommunist Partiyası tərəfindən idarə edilməyib və Çin Xalq Respublikasının tərkibində olmayıb. Amma Pekin bu adanın öz ərazisi olmasında israr edir. Qərb ölkələri və Yaponiya Çinin Tayvan məsələsinn həllində Rusiya ssenarisindən istifadə edə biləcəyini düşünürlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo