almayadeen.net
Əfqanıstanın Qəndahar bölgəsindəki ən böyük şiə məscidi, Bibi-Fatimədə baş verən partlayışı dörd terrorçu təşkil edib, onlardan ikisi kamikadze olub.
"RIA Novosti"-nin məlumatına görə, terrorçular daha çox adam ölsün deyə cümə gününü seçiblər. Partlayış nəticəsində 32 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
Hələlik terrorçuların hansı qruplaşmaya mənsub olduqları dəqiqləşdirilməyib.
Bu Əfqanıstanda şiə məscidini hədəf alan ilk partlayış deyil. 3 və 8 oktyabr tarixlərində baş verən terror aktları nəticəsində də onlarla adam ölmüş və xəsarət almışdı. Hər iki partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürmüşdü.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”