Sputnik
Əfqanıstanın Fəryab vilayətinin mərkəzi olan Məymanə şəhərində qadınlar demokratiya əleyhinə aksiya keçirib.
Bu barədə "Sputnik" agentliyinin Əfqanıstan filialı teleqram-kanalında məlumat yayıb.
Agentliyin videoçarxında bütün bədəni və sifəti örtən ənənəvi geyimdə olan onlarla qadın əks olunub. Onlar ölkədə hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının bayrağını daşıyırlar və taliblərin elan etdikləri İslam Əmirliyinə dəstəklərini ifadə edirlər. Görüntülərdə qadınları mühafizə edən silahlı taliblər də yer alıb.
Daha əvvəl “Taliban”ın yüksək rütbəli komandirlərindən Vahidulla Haşimi bildirmişdi ki, Əfqanıstanda qadınların kişilərlə bir yerdə işləməyinə icazə verilməyəcək. Bu isə o deməkdir ki, əfqan qadınları hökumət müəssisələrində, banklarda, kütləvi informasiya vasitələrində, şirkətlərin əksəriyyətində işləmək hüququndan məhrum olurlar. "Taliban" ölkənin şəriət qanunlarıyla idarə olunacağını bəyan edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
ABŞ elçisi ilə görüşdən sonra razılıq: Belarus 25 “siyasi məhbus”u azad edəcək
president.gov.by
Jens Schlueter/Getty Images
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”