Dünya

Haiti prezidentinin hansı səbəbdən öldürülə biləcəyi açıqlandı

9 İyul, 2021
2510

Reuters

Haiti prezidenti Jovanel Moiz narkotik ticarəti ilə məşğul olan mütəşəkkil cinayətkar qruplar arasındakı mübahisələr fonunda qətlə yetirilmiş ola bilər. 

"Lenta.ru"-nun iyulun 9-da verdiyi məlumata görə, bunu Rusiya Avroatlantik və Müdafiə Tədqiqatları Mərkəzinin sədri Dmitri Burıx deyib. 

"Mənim qəti ehtimallarıma görə, bu, daxili məsələdir və onu ancaq hakimiyyəti dəyişmək istəyən və öz planlarını həyata keçirmək üçün hansısa prioritet təmin etmək istəyən krimal qruplaşmalararası münasibətlərdə axmarmaq lazımdır", - deyə mütəxəssis bildirib. 

Haiti polisinin açıqlamasına görə, Moizini qətlə yetirən əcnəbi muzdlulardan ibarət mütəşəkkil dəstə ən azı 28 nəfərdən ibarət olub. 

Araşdırmalar nəticəsində 15 Kolumbiya və 2 ABŞ vətəndaşı saxlanılıb. Əməliyyat zamanı üç kolumbiyalı öldürülüb, daha səkkizinin axtarışı isə davam edir. Məlumata görə,  hazırda polis cinayət təşkilatçılarını axtarır.

Haiti prezidentinin ölkə paytaxtı Port-o-Prensdəki iqamətgahına hücum iyulun 7-nə keçən gecə baş verib. Müşahidə kameralarında əks olunan görüntülərdə qara geyimli adamlar özlərini ABŞ-ın narkotiklərin dövriyyəsi ilə mübarizə Agentliyinin əməkdaşları kimi təqdim ediblər. Jovanel Moizin bədənində 12 güllə yarası aşkar edilib. Onun arvadı Martin Moiz də yaralanıb və müalicə üçün ABŞ-a aparılıb.

Prezidentin təhlükəsizlik xidmətinin rəhbərliyi sui-qəsd zamanı passivlikdə şübhəli bilinir. Xidmətin əməkdaşları da istintaqa cəlb olunublar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Fridrix Merts: “Şimali Koreya bütün Avropanın azadlığını təhdid edir”

30 Oktyabr 2026

sosial media

Almaniya kansleri Fridrix Merts Şimali Koreyanı Ukraynada Rusiya tərəfdən döyüşmək üçün hərbçi göndərməklə “bütün Avropada azadlığı” təhdid etməkdə ittiham edib. Merts rəsmi səfərlə olduğu Cənubi Koreyada prezident Li Ce Myonqla görüşündən sonra keçirilən birgə mətbuat konfransında Rusiyanın Şimali Koreyaya silah və hərbi texnologiyalar verdiyini bildirib. “Koreyanın təhlükəsizliyi Avropanın təhlükəsizliyini də birbaşa maraqlandırır. Avropanın təhlükəsizliyi də Koreyanın təhlükəsizliyinə təsir edir. Dünya kiçikdir, müharibə zamanı isə daha da kiçikdir”, - Merts deyib. Tərəflər Seulda təhlükəsizlik sahəsini də əhatə edən strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər. Razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, məlumat mübadiləsini və iki ölkənin müdafiə sənayesi şirkətləri arasında əlaqələrin gücləndirilməsini nəzərdə...
Dünya

“Novaya qazeta” fəaliyyətini dayandırdığını açıqlayıb

30 Oktyabr 2026

açıq mənbə

Rusiyanın müstəqil nəşri “Novaya qazeta” noyabrın 9-dan fəaliyyətini dayandıracağını açıqlayıb. Bu barədə nəşrin oktyabrın 30-da yayımladığı bəyanatda deyilir. “Bizi öldürdülər. Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayacaq və gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, - bəyanatda bildirilib. Oktyabrın 29-da redaksiyanın Moskvanın mərkəzində, Potapovski döngəsində yerləşən və 29 il istifadə etdiyi binadan çıxarıldığı məlum olub. “Exo” nəşri “Novaya qazeta”ya yaxın mənbələrə istinadən yazıb ki, jurnalistlər noyabrın 9-dək ofisi tərk etməlidirlər. Bildirilib ki, redaksiyaya binanın boşaldılması ilə bağlı məktub göndərildiyi vaxt ianə qəbul etməyə imkan verən sistem də dayandırılıb. Nəşr...

Seçilmiş Videolar

Toplum TV loqo