açıq mənbədən götürülüb
Mayın 11-də İordan çayının qərb sahilindəki Cenin şəhərində İsrailin reydini işıqlandırarkən "Əl-Cəzirə" telekanlının jurnalisti güllələnərək öldürülüb.
“New York Times”ın məlumatına görə, müxbir Şirin Abu Aklenin İsrail hərbçiləri ilə fələstinlilər arasında toqquşma zamanı aldığı güllə yarasından həlak olduğu deyilir.
Məlumata görə, 51 yaşlı jurnalist İsrail əsgərlərinin açdığı atəş nəticəsində başından güllə yarası alıb.
İsrail ordusunun yaydığı məlumatda qeyd olunub ki, jurnalistlərin Fələstin silahlılarının açdığı atəş nəticəsində yaralanması ehtimalı araşdırılır.
Fələstin Səhiyyə Nazirliyi faktı təsdiqləyib.
“Əl-Cəzirə” qeyd edib ki, müxbir atəşə məruz qaldığı zaman üzərində “Press” yazısı olan jilet olub.
İsrailin Xarici işlər naziri Yair Lapid reportyorun ölümünü kədərli hadisə adlandırıb. Onun sözlərinə görə, Fələstin Hakimiyyətinə ölümün birgə patoloji təhqiqatını təklif edib.
“Münaqişə zonalarında jurnalistləri qorumaq lazımdır, hamımız həqiqətin üzə çıxarılması üçün məsuliyyət daşıyırıq”, – o, tvitində yazıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”