Dünya

Kabuslar şəhəri: Mariupolda 22 min nəfər ölüb

25 May, 2022
721

AP- Evgeniy Maloletka

Rusiya işğalı zamanı Mariupolda 22 min nəfər ölüb.

Bu barədə CNN müxbirinə şəhər merinin müşaviri Pyotr Andryuşenko danışıb.

O deyib ki, Mariupol meriyası məmurlarının fikrincə, müharibənin üç ayı ərzində ən azı 22 min şəhər sakini öldürülüb. Qeyd olunur ki, hazırda mətbuat nümayəndələri şəhərə girə bilmir, orada qalanlar isə qorxularından açıq danışa bilmirlər.

Andryuşenko səslənən rəqəmin özünün və meriyanın digər məmurlarının şəhərdə qalan digər məmurlarla saxlamaqda davam etdikləri əlaqələrə əsaslandığını söyləyib. Amma o, hesab edir ki, real rəqəm xeyli böyük ola bilər.

“Şəhərdə tamamilə qaranlıqdır. Yeganə işıqlar – Rusiya qoşunlarından və rus patrullarından gəlir”, - müşavir söyləyib. “Hər yeri ölüm və atəş qoxusu bürüyüb”, - əlavə edib.

Məmur bildirib ki, izolyasiyada olan şəhərdə humanitar fəlakət hökm sürür. Burada hərəkət etmək üçün xüsusi buraxılışlar tələb olunduğundan sakinlərin hərəkət azadlığı yoxdur, filtrasiya sistemi isə onlara Mariupoldan çıxmağa imkan vermir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Erməni deputatlar Paşinyan haqda tədbir görülməsini istəyir

9 May 2025

açıq mənbədən götürülüb

Mayın 8-də Ermənistan parlamentində müxalif “Ermənistan” blokundan olan deputatlar Baş nazir Nikol Paşinyan barəsində tədbir görülməsi üçün baş prokurora müraciət ediblər.  Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti xəbər verib.  Buna səbəb bir gün öncə Paşinyanın parlamentdə əsəbiləşərək müxalif deputatları həbslə hədələməsi olub. Deputatlar Paşinyanın hədələrini qanunsuz adlandırıblar və mayın 8-də parlamentə illik hesabatını təqdim edən Baş prokuror Anna Vardapetyandan ona qarşı tədbir görməsini istəyiblər.  Əvvəllər Paşinyanın hüquqi məsələlər üzrə müşaviri işləmiş Vardapetyan isə “siyasi bəyanatlar vermədiyini” deməklə kifayətlənib.  “Hayastan” blokundan Artsvik Minasyan isə Baş prokurorun mövqeyini pisləyib və Paşinyan haqqında “hüquqi ölçü” götürülməli olduğunu bildirib.  Digər millət vəkili Aqvan Vartanyan...
Dünya

Putinin: “Haqq və ədalət bizim tərəfimizdədir”

9 May 2025

AP

Rusiya Prezidenti Vladimir Putin Moskvada qələbənin 80 illiyi münasibətilə keçirilən hərbi paradda deyib ki, ölkəsi İkinci Dünya Müharibəsindən “çıxarılan dərsləri” xatırlayır. O bildirib ki, Rusiya “hadisələrin təhrif edilməsi, cəlladlara haqq qazandırmaq və əsl qaliblərə böhtan atmaq cəhdləri ilə heç vaxt razılaşmayacaq”.  “Bizim vəzifəmiz Qırmızı Ordunun əsgər və komandirlərinin şərəfini qorumaqdır. Rusiya nasizm, rusofobiya, antisemitizm qarşısında sarsılmaz bir maneə idi və belə də olacaq. Biz bu təhqirlərlə mübarizə aparacağıq. Haqq və ədalət bizim tərəfimizdədir”, - Putin əlavə edib.  Rusiya prezidenti Ukraynaya qarşı 2022-ci ilin fevralından bəri apardığı müharibəyə də toxunub. O bildirib ki, bütün Rusiya xalqı “xüsusi hərbi əməliyyatı” dəstəkləyir.  “Biz...

Seçilmiş Videolar

Toplum TV loqo