France 24
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni ştammı “Mu” adlandırıb
"Reuters"-in verdiyi məlumata görə, ÜST koronavirusun yeni ştammını yunan əlifbasındakı hərf sıralamasına uyğun olaraq “Mu” adlandırıb.
İlk dəfə bu ilin əvvəllərində Kolumbiyada rast gəlinən “Mu” ştammı B.1.621 kimi də tanınır. Yeni variant indiyədək 39 ölkədə aşkar olunub.
Mütəxəssislərin sözlərinə görə, yeni mutasiya vaksinlərə qarşı daha davamlıdır, amma mutasiya barədə daha çox araşdırma aparmağın zəruriliyi qeyd olunur.
Hazırda bu ştammın koronavirusun "Delta" və "Alfa" variantlarından daha az narahatlıq yaratdığı da bildirilib.
Hazırda dövriyyədə ÜST-nin “narahatlıq doğuran” kateqoriyasına daxil etdiyi 4 variant var: "Alfa" variantı 193, "Beta" variantı 141, "Qamma" variantı 91 və "Delta" variantı 170 ölkədə mövcuddur.
"Mu" variantı beşinci yerdədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar