Reuters
“Rusiyanın Ukraynanı işğal etməsi Üçüncü Dünya Müharibəsinin başlanğıcı ola bilər və sivilizasiyamız bundan sağ çıxmaya bilər”.
UNİAN-ın məlumatına görə, bunu Amerikalı milyarder Corc Soros Davosda keçirilən forumda deyib.
Soros qeyd edib ki, "sivilizasiyamızı xilas etməyin ən yaxşı və bəlkə də yeganə yolu Putini mümkün qədər tez məğlub etməkdir. Məsələ bundadır”.
Sorosa görə, Ukraynada “xüsusi əməliyyat”ın plana uyğun getdiyini və Kremlin bütün məqsədlərinə çatacağını deyən Putin indi işğalın səhv olduğuna inanır və atəşkəslə bağlı danışıqlara hazırlaşır.
"Ancaq atəşkəs əldə edilə bilməz, çünki ona etibar etmək olmaz. Çünki, Putin zəiflədikcə daha da təxminedilməz olur”, - milyarder deyib.
Soros Ukraynanın qalib gəlmə şansının olduğunu da ifadə edib: "Nəticəni proqnozlaşdıra bilmərəm, lakin Ukraynanın mütləq qalib gəlmək şansı var".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
AP