İqtisadiyyat

İlqar Məmmədov: “Birinci uşağa görə dövlət heç kimə yardım etməməlidir”

Qadir İbrahimli: “Belə yanaşma konstitusiya pozuntusu deməkdir”

2 Aprel, 2021
3757

Kollaj - Toplum.tv

“Uşaqpulu mövzusu ilə xalqı aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlamasıyla verəcəyik”.

Bunu ReAl Partiyasının sədri İlqar Məmmədov martın 2-də “Feysbuk” hesabında yazıb. 

Partiya üzvü, deputat Erkin Qədirli isə uşaqpulu əvəzinə, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasının daha doğru olduğunu söyləyib: “İnsanlara faizsiz kreditlər verilməlidir. Uşaqpulu sol strategiyaya uyğundur. Uşaqpulu verməklə problem çözülməyəcək. Valideyn vəsaiti uşağına xərcləməyə də bilər, amma mənzil şəraiti yaxşılaşdırılsa, nəticə əldə etmək olar”.

İlqar Məmmədov yazıb ki, uşaqpulu mövzusunu gündəmə gətirənlər bunun büdcəyə və iqtisadiyyata neçəyə başa gələcəyini konkret rəqəmlə ifadə etmirlər:

“Sadəcə, “uşağım var, dövlət mənə pul versin” kimi təsəvvürləri insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamır, ya da xalqa vicdanlı xidmət hissini tam itiriblər". 

"Nəsilvermə əmsalı Azərbaycanda ancaq son 4-5 ildir ki, artım üçün tələb olunan əmsal 2.1-dən aşağı düşüb. Bunun mürəkkəb səbəbləri var. Buraya keçmiş müharibələrin irsi olan demoqrafik dalğalar, şəhərləşmə, iqtisadi təsəvvürlərin dəyişməsi və s. kimi hallar daxildir", - İlqar Məmmədov qeyd edib.

Onun sözlərinə görə, əmsalın daha aşağı düşməsinin qarşısını almaqdan ötrü bir çox tədbirlər görülməlidir: "Bu tədbirlər arasında, əlbəttə, doğumun iqtisadi stimullaşdırılması tədbirləri də var. Bizim isə mövqeyimiz belədir: 

- birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır.

- ikinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideyinlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideyinlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır. 

- üçüncü və sonrakı uşaqlar yenə də valideyinlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideyinləri inandırmaqla yardımçı olmalıdır. İş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrə açılmalıdır. Bu isə daha geniş, əhatəli siyasətin tərkib hissəsidir: hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və s".

İqtisadçı Qadir İbrahimli isə uşaqlara görə sosial müavinətin verilməsini vacib sayır:

“Ümumiyyətlə, ailənin ehtiyacı varsa, doğulan hər bir uşağa görə və ailədəki uşaqların sayından asılı olmayaraq dövlət tərəfindən maddi yardım edilməlidir. Çünki hər doğulan uşaq gələcəyin vergi ödəyicisi, əsgəri və nəhayət, vətəndaşdır, yəni bu onun konstitusyon hüququdur. Konstitusiyada uşaqların sayı ilə bağlı heç bir ayrıseçkilik yoxdur və belə yanaşma ilk növbədə konstitusiya pozuntusu deməkdir. İkinci bir məqamsa ondan ibarətdir ki, Azərbaycanda illərdir tətbiq olunan ünvanlı sosial yardım sistemi işləmir. Bu səbəbdən də bəzi problemlər yaranır. Əgər ailənin gəlirləri normal yaşayış üçün adekvat deyilsə, həmin ailə ünvanlı sosial yardımın əhatə dairəsində olmalıdır. Eyni zamanda, deputatın qeyd etdiyi mənzil şəraitinin də bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanın Mənzil Məcəlləsinə görə, hər bir vətəndaşın yaşayış yeri minimum 16 kvadratmetr olmalıdır”. 

İqtisadçı digər məqamı statistikanın şəffaf olmaması ilə əlaqələndirib: “Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər də real deyil. Avropa Birliyinə daxil olan ölkələrdə yoxsulluq həddi 17 faiz olduğu halda, Azərbaycan statistikası iddia edir ki, bizdə cəmi 5 faizdir. Hətta həmin 5 faizə daxil olan vətəndaşların da hamısı ünvanlı sosial yardım almır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına görə, cəmi 63 faiz yoxsul insan ünvanlı yardımın əhatə dairəsindədir. Bu məsələlər çözülmədiyinə görə, uşaqpulu problemi həllini tapmadı və uzun müddət də tapmayacaq”. 
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır

18 Sentyabr 2026
Gələn il Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektorundan daxilolmaların 955 milyon manat azalacağı gözlənilir. Hökumət qeyri-neft-qaz gəlirlərinin artması hesabına büdcənin ümumi gəlirlərində 1,6 faizlik artım proqnozlaşdırır. Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilərə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat olacaq. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə gəlirlərin 625 milyon, xərclərin isə 696,4 milyon manat artması deməkdir. Neft-qaz sektorundan büdcəyə 15 milyard 480 milyon manat daxil olacağı nəzərdə tutulur. Bu məbləğ cari ilin proqnozundan 5,8 faiz azdır. Bununla belə, büdcə gəlirlərinin 39,5 faizi yenə neft-qaz sektorunun payına düşəcək. Azalma əsasən Dövlət...
İqtisadiyyat

Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edə bilərmi?

16 Sentyabr 2026

president.az

Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu göstərir." "Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub. Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə “Toplum TV”yə...

Seçilmiş Videolar

Toplum TV loqo