Siyasət

Müxalifət sülh sazişi haqqında: “İlham Əliyev buna razıdırsa,  ictimaiyyətə çox ciddi əsaslar təqdim etməlidir”

23 may, 2021
3185

BBC

İlqar Məmmədov

“Hökumət saytlarında Azərbaycan və Ermənistan arasında yeni sazişin imzalanacağı, həmin sazişə görə Qazaxın işğal altında olan 7 kəndinin və Kərkinin Azərbaycana qaytarılacağı, habelə Zəngəzur yolunun açılacağı haqqında "şad xəbərlər" paylaşırlar.

Məgər Qazağın 7 kəndinin azad olunacağı xəbərini 10 noyabr gecəsi, bədnam, antimilli Bəyanat imzalanan gecə prezident İlham Əliyev özü bu xalqa müjdə verməmişdimi?! 

Məgər Laçın dəhlizinin qarşılığında Zəngəzur yolunun (dəhlizinin deyil) açılması bədnam bəyanatın şərti deyildimi?!” - Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli “Feysbuk” səhifəsində belə yazır.  

Gültəkin Hacıbəyli - Human Rights Club

Mayın 21-də prezident İlham Əliyev Ermənistana sülh sazişi təklif etdiyini açıqlayıb. 

O, sazişin detallarını açıqlamasa da, qarşı tərəfin Dağlıq Qarabağın statusu barədə danışmaq cəhdlərindən əl çəkməli olduğunu söyləyərək “Bu, müzakirə mövzusu deyil” deyib.

Bu təklif ölkədə birmənalı qarşılanmayıb.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli qeyd edir ki, bəyanatın imzalanmasından 7 ay keçsə də, ortada Azərbaycanın xeyrinə  heç bir nəticə yoxdur. 

“Erməni silahlıları Qarabağdan nəinki çıxarılmayıb, əksinə, yeni, müasir ordu qurulur. Laçın dəhlizi ilk gündən ermənilərin istifadəsinə verilsə də, Zəngəzur istiqamətdə bir azərbaycanlının bircə addım atdığını görən olmayıb. 
İndi isə eyni saqqızı yenə dövriyyəyə buraxıblar. Bəs ikitərəfli müqavilə imzalanacaq, Zəngəzur yolu açılacaq. Qorxuram ki, ermənilərlə ruslar Zəngəzur söhbətləri ilə başımızı qatıb müzəffər hökumətimizdən yenə milli maraqlarımıza zidd güzəştlər qoparsınlar”.

G.Hacıbəyli bir məqamdan narahatlığını da bölüşür: “...10 noyabrda olduğu kimi yenə başımız üstündə oynanılan qorxunc oyunlardan ən sonda biz xəbər tutacağıq...”

Real Partiyasının sədri İlqar Məmmədovsa diqqəti 2 məsələyə çəkir: “Birincisi, 10 noyabr bəyanatı Türkiyənin adını birbaşa çəkməsə də, regionda sabitləşmə işinin iştirakçısı kimi onu tanıyırdı (imzalanma zamanı 5-ci bəndin məhz Türkiyə üçün nəzərdə tutulduğu şifahi elan edilmişdi). Yeni sənəddəsə Türkiyənin iştirakını mümkün edəcək heç nə görünmür. Ermənistandakı parlament seçkisinin nəticəsi hələ bəlli olmadan İlham Əliyev buna razıdırsa, yerli ictimaiyyətə çox ciddi əsaslar təqdim etməlidir. İrəvanda Köçəryanın dəstəsi hakimiyyətə gələrsə, sərhədin dəqiqləşdirilməsi işində Moskvanın tərəf tutmayacağına biz inana bilərikmi?”
Partiya sədri yazır ki, sənədi sızdıranlar sərhədlərin üç əsasa söykənərək dəqiqləşdiriləcəyini iddia edirlər: SSRİ xəritələri, coğrafi məqsədəuyğunluq və yerdəki gerçək vəziyyət.

İ.Məmmədov ikinci diqqət çəkən məqam kimi bu əsasların hər birinin istənilən məqsədə xidmət edə biləcəyini ehtimal edir: “Ermənistan “coğrafi məqsədəuyğunluq” deyib var-gücü ilə Gorus-Qafan yolunun Azərbaycanda olan hissəsini tam öz nəzarətinə almağa çalışacaq. Buna rəsmi Bakı ya imkan verməməlidir, ya da imkan verirsə, əvəzində olduqca böyük, strateji əhəmiyyətli, hətta anlaşmaların gələcəkdə pozulması təqdirində istifadəsində fasilə yaranmayacaq coğrafi güzəşt əldə etməlidir. Əlbəttə, Ermənistan o yoldan imtina edib təmirsiz qalmış alternativ yolu bərpa edə bilər, amma o alternativ yol yüksək dağ ərazisindən keçir deyə qarlı havada strateji vəzifələri yerinə yetirməyə bilər”.

Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Bu bəyanat bölgədə müharibəyə son qoysa da, münaqişə tərəfləri arasında münasibətləri tam tənzimləyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Cəmil Həsənli: “Ramiz Mehdiyevin məhkəməsi bitsə də, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib”

5 noyabr 2026

sosial media

Tarixçi, Milli Şuranın sədri Cəmil Həsənli ölkədən çıxışına qoyulan qadağa səbəbindən 2027-ci ilin yanvarında ABŞ-də keçiriləcək Amerika Tarix Cəmiyyətinin illik toplantısında iştirak edə bilməyəcəyini bildirib. Həsənli bu barədə noyabrın 5-də sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, sözügedən tədbir yanvarın 7-dən 10-dək ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində keçiriləcək. Cəmiyyətin üzvü olan Həsənli tədbirə dəvət olunduğunu bildirib. C. Həsənli əlavə edib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar 2025-ci il noyabrın 30-da istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidməti onun ölkədən çıxışına məhdudiyyət qoyub və şahid qismində ifadəsini alıb. “"Ramiz Mehdiyevin məhkəmə prosesi oldu və bizi şahid kimi...
Siyasət

Ərdoğan: “Noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm”

5 noyabr 2026

sosial media

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bakıya səfər etməyi planlaşdırır. Ərdoğan bunu noyabrın 5-də Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib. “8 Noyabr Azərbaycanın Zəfər Günüdür. Fövqəladə bir vəziyyət yaranmasa, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. Ümid edirəm ki, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, - Ərdoğan deyib. O, Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı apardığını, həmçinin Türkiyənin kəşfiyyat rəhbərini və xarici işlər nazirini Azərbaycana göndərdiyini bildirib: “Azərbaycanla münasibətlərimiz adi diplomatik təmaslardan qat-qat artıqdır. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”. Ərdoğanın açıqlaması Bakı ilə Ankara arasında gərginliyin...

Seçilmiş Videolar

Toplum TV loqo