Siyasət

REAL Partiyası seçkilərin təşkilində iştirak etmək istəyir

2 mart, 2021
5149

Sosial Media

Respublikaçı Alternativ Partiyası (REAL) Dairə Seçki komisiyalarında (DSK) təmsil olunmaq üçün Mərkəzi Seçki Komisiyasına (MSK) müraciət edib.

Müraciətin mətnini partiya sədri İlqar Məmmədov "Feysbuk" səhifəsində paylaşıb.

Müraciətdə qeyd olunub ki, Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdə REAL partiyasının üzvü Erkin Qədirli 16 saylı Yasamal Birinci Seçki Dairəsindən deputat seçilib.

“Hazırda Milli Məclisdə deputatları azlıq təşkil edən 10 siyasi partiya var və bəzi digər parlament partiyalarından fərqli olaraq REAL hələ də dairə seçki komissiyalarında təmsil olunmur. 125 DSK-da təmsilçilik 10 partiya arasında bölüşdürülməlidir.  Bu baxımdan ən azından 12 dairənin hərəsinə 3 nəfər DSK üzvlüyünə namizəd təqdim etmək istəyirik. Parlament partiyaları üçün nəzərdə tutulan dövlət vəsaitinin bir hissəsi REAL partiyasına verilir”, - müraciətdə deyilir.

Müraciətdə məsələnin müzakirəsi üçün MSK-dan görüş istənilir.

Müraciətlə bağlı MSK-dan rəy almaq mümkün olmayıb.

REAL 2009-cu ilin yanvar ayında hərəkat olaraq təsis edilən, aprel 2018-ci ildə qurultay keçirərək partiyaya çevrilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiyadır. Partiyanın sədri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda ictimai asayişi pozma səbəbilə 7 il müddətinə həbs edilib. 2018-ci ildə həbsdən azad olunub.

Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. İlin birinci rübü üzrə REAL da daxil olmaqla 10 siyasi partiyaya ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib ("Turan"). 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Cəmil Həsənli: “Ramiz Mehdiyevin məhkəməsi bitsə də, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib”

5 noyabr 2026

sosial media

Tarixçi, Milli Şuranın sədri Cəmil Həsənli ölkədən çıxışına qoyulan qadağa səbəbindən 2027-ci ilin yanvarında ABŞ-də keçiriləcək Amerika Tarix Cəmiyyətinin illik toplantısında iştirak edə bilməyəcəyini bildirib. Həsənli bu barədə noyabrın 5-də sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, sözügedən tədbir yanvarın 7-dən 10-dək ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində keçiriləcək. Cəmiyyətin üzvü olan Həsənli tədbirə dəvət olunduğunu bildirib. C. Həsənli əlavə edib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar 2025-ci il noyabrın 30-da istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidməti onun ölkədən çıxışına məhdudiyyət qoyub və şahid qismində ifadəsini alıb. “"Ramiz Mehdiyevin məhkəmə prosesi oldu və bizi şahid kimi...
Siyasət

Ərdoğan: “Noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm”

5 noyabr 2026

sosial media

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bakıya səfər etməyi planlaşdırır. Ərdoğan bunu noyabrın 5-də Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib. “8 Noyabr Azərbaycanın Zəfər Günüdür. Fövqəladə bir vəziyyət yaranmasa, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. Ümid edirəm ki, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, - Ərdoğan deyib. O, Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı apardığını, həmçinin Türkiyənin kəşfiyyat rəhbərini və xarici işlər nazirini Azərbaycana göndərdiyini bildirib: “Azərbaycanla münasibətlərimiz adi diplomatik təmaslardan qat-qat artıqdır. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”. Ərdoğanın açıqlaması Bakı ilə Ankara arasında gərginliyin...

Seçilmiş Videolar

Toplum TV loqo