İqtisadiyyat

Statistika Komitəsi: İllik inflyasiya 12, 6% təşkil edib

10 iyun, 2022
2151

Açıq mənbələrdən götürülüb

Ən çox bahalaşan ərzaq məhsulların adları məlum olub

Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi ötən ilin yanvar-may aylarına nisbətən 112,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,9 %, qeyri-ərzaq məhsulları üzrə 106,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2 % təşkil edib.

Bu barədə iyunun 10-da Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari ilin may ayında istehlak qiymətləri indeksinin əvvəlki aya nisbətən 100,7 %, əvvəlki ilin may ayına nisbətən 113,7 % təşkil etdiyi qeyd olunub

2022-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 %, əvvəlki ilin may ayına nisbətən 120,2 % təşkil edib.

Komitənin məlumatında bu göstəricilər yer alıb: 

May ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün, pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın, ucuzlaşma isə əsasən yumurtanın, bananın, çiyələyin, xiyarın, pomidorun, kələmin, soğanın, sarımsağın, göy lobyanın qiymətlərində müşahidə olunub. 

Ötən ay əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma inşaat materiallarının, parçaların, geyim və ayaqqabıların, mebellərin, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, toz şəklində sintetik yuyuсu vasitələrin, sabunların və diş pastalarının qiymətlərində müşahidə olunub. 

May ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 %, əvvəlki ilin may ayına nisbətən 110,3 % təşkil edib. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma paltarların, ayaqqabıların, minik avtomobillərinin və mənzillərin təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo