Açıq mənbələrdən götürülüb
Dövlət Statistika Komitəsi 2022-ci ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqını açıqlayıb.
Bildirilir ki, 2022-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-cı ilin müvafiq dövrünə nisbətən 14,3% artaraq 829,0 manat təşkil edib. Əmək haqqı neft sektorunda 3485,5 manat, qeyri-neft sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.
Həmçinin qeyd olunub ki, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə
sosial media
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb