Şəmsiyyə Qürbətova 2017-ci ildə Xırdalan şəhərində 66 min 700 manat məbləğdə pul vəsaiti ödəyərək “FAM-88” MMC tərəfindən inşa edilmiş binadan mənzil alıb. Elə problemlərinin də bundan sonra başladığını deyir.
Şəmsiyyə Qürbətova deyir ki, üzləşdiyi problemə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edib. Lakin sözügedən qurumun onun hüquqlarının bərpa olunmasına əngəl yaratdığını deyir.
Baş Prokurorluqdan isə Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Şəmsiyyə Qürbətovun müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır:
“Toplanmış mötəbər sübutlar əsasında vətəndaşa satılmış mənzilin “FAM-88” MMC-nin vəzifəli şəxsləri tərəfindən başqa şəxsə satılması faktı müəyyən edilmədiyindən Şəmsiyyə Qürbətovaya aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunub.
Mənzilin dəyəri qismində - 70.000 manat məbləğində pul vəsaiti istintaq qurumu vasitəsi ilə Şəmsiyyə Qürbətovaya təqdim edilməsinə baxmayaraq, sonuncu ona mənəvi ziyan vurulmasını iddia etməklə qarşı tərəfdən ümumilikdə 96.000 manat pul tələb edərək təklifi qəbul etməkdən imtina edib, həmçinin sonuncuya mənzili özünün sataraq pul vəsaitini bərpa etməsi təklif edilsə də, Ş.Qürbətova bundan da imtina edib.”
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”