2021-ci ildə qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 14% olub.
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi, UNICEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı keçirilən tədbirdə belə deyib.
“Qeyri-rəsmi nikahların sayı az deyil. Belə münasibətlərsə ailə münaqişələrinin yaranmasına, bu cür ailələrdə doğulan uşaqların hüquqlarının pozulmasına gətirib çıxara bilər.
Statistikaya görə, 2021-ci ildə rəsmi qeydiyyata alınmamış nikahlardan doğulan uşaqların sayı bütün uşaqların ümumi sayının 14%-dir”
S.Əliyeva 2019-cu illə müqayisədə 2020-ci ildə nikahların sayının təxminən 2 dəfə azaldığını desə də, o boşanma hallarının sayı demək olar ki, dəyişmədiyini bildirib.
Rəsmi statistikaya görə, 2019-cu ildə 63 869 nikah və 17 148 boşanma, 2020-ci ildə isə 35 348 nikah və 14 628 boşanma qeydə alınıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Məişət zorakılığı xəbərləri artır: Medianın və dövlət komitələrinin rolu nədədir?
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ramil Babayev sivil itaətsizliyə başlayıb