Multimedia

Sərnişin: "Saatlarla gözləyirik, gələndə də dolu gəlir, minmək olmur"

28 Sentyabr, 2022
1960

Sentyabr ayı başlayar-başlamaz paytaxtın müxtəlif yerlərində ictimai nəqliyyatda sıxlıq yaranıb. Sərnişinlərin sözlərinə görə avtobusların çoxu vaxtında gəlmir. Gələndə də dolu olduğu üçün dayanacaqların bəzilərində dayanmır. 3, 85, 202, 93, 199 nömrəli avtobuslar sərnişinlərin gileyli olduğu avtobuslardandır. 

Sərnişinlər deyir ki, gecikmələrə səbəb avtobusların sayının az olmasıdır. Elə bu səbəbdən də 30-40 dəqiqədən sonra gələn avtobusa heç də həmişə minmək olmur. Bəzən də sərnişinlər minərkən əzilir, qapı arasında qalır. 

Bakı Nəqliyyat Agentliyindən verilən açıqlamaya görə, gecikmələrə səbəb avtobusların azlığında deyil, tıxaclardır.

Nəqliyyat məsələləri üzrə ekspert  Eldəniz Cəfərov deyir ki, bu problemlərin aradan qaldırılması üçün nəqliyyatın şaxələndirilməsi lazımdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo