Sosial

Bakıda gedişhaqqı 60 qəpik olan marşrut xətti : Qiymətlər münasibdirmi?

26 Oktyabr, 2022
5563

Açıq mənbələrdən götürülüb

Bakıda gedişhaqqı 60 qəpik olan marşrut xətti açılır. Yeni avtobuslar “Xalqlar Dostluğu” metrosu stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək. Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. 

Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev “Toplum TV”-yə avtobus qiymətləri ilə bağlı açıqlama verib. O bildirib ki, agentlik qiymətləri münasib etməyə çalışıb:
 
“Bu standart avtobus, müntəzəm marşurut xətti deyil. Yəni, ekspres avtobuslar hər dayanacaqda yox, cəmi 12 dayanacaqda duracaqlar. Burada əsas məqsəd vətəndaşların rahatlığını təmin etməkdir. Onlar əvvəlki kimi bir neçə marşrut dəyişməyəcəklər. Məsələn, Xalqar dostluğundan metrosundan  Binə ticarət mərkəzinə getmək üçün vətəndaş 70 qəpik ödəyir. Çünki, Xalqlar dostluğu metrosundan 28 Maya metrosuna 30 qəpik, 28 Maydan Lökbətana getmək üçün isə 40 qəpik ödəyir. Digər yol isə eyni yolu manatlıq maşınla getməkdir. İndi vətəndaş E1 marşurutu ilə əlavə vaxt və pul itirmədən gedə biləcək”. 

https://toplum.tv/multimedia/ictimai-neqliyyata-qiymet-artimi-ya-dovletden-destek-lazimdir

Mais Ağayev qeyd edib ki, BNA hazırda digər məntəqələr üzrə də əlavə ekspres marşrutlar təşkil etməyi planlaşdırır:

“Amma bu o demək deyil ki, həmin marşrutların qiyməti 60 qəpik olacaq. Bəlkə daha aşağı, yaxud da baha oldu”.

Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, vətəndaşın nəqliyyat xərcləri məsafəyə görə hesablanır. Ekspert bildirir ki, yeni marşurutlar standart deyil, VIP xidmət sayılır. Bu baxımdan qiymətlər standart ödənişdən 2 dəfə çoxdur:

“Qiyməti 50 qəpik də etmək olardı. Bu qiymət sərnişinin daşınma xərcidir. Amma nəzərə almaq lazımdır ki, şirkət qiyməti müəyyən edəndə əlavə dəyəri də hesablayır”.

İqtisadçı Rövşən Ağayevin fikrincə, qiymətləri agentlik deyil, Tarif Şurası müəyyən etməlidir. Qiymətlərin vətəndaşa uyğun olub-olmaması isə mübahisə mövzusudur:

“BNA-nın yanaşması belə olub ki,  sərnişinlər metrodan çıxaraq ikinci nəqliyyatdan istifadə edir. Vətəndaş iki marşurut dəyişirsə, 60 qəpik xərcləyir. Amma şəhərsalmada nəqliyat xərcləri, tarifin tənzimlənməsinə vahid yanaşma olmalıdır. Kilometrə görə hesablanırsa, differensial yanaşma tətbiq olunmalıdır və bunu da Tarif Şurası etməlidir”.

BNA-nın rəsmi açıqlamasına görə, ilkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək.

Gedişhaqqı 0.60 AZN olacaq avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin təlabatı daha çox olan məntəqələrdə dayanacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...
Sosial

Xankəndidə yaşayan iş adamı: "Evimi boşaltdılar, dedilər bir də bura ayaq basma"

9 Sentyabr 2026

Meydan TV

Qarabağda təmir-bərpa işləri görmüş və pulunu ala bilmədiyini deyən şirkət rəhbəri həbslə hədələndiyini iddia edir.  "Nihat 2024" MMC-nin rəhbəri Nəsimi Hətəmov ödənişlə bağlı problemini əvvəlcə sosial mediada, daha sonra "Meydan TV" vasitəsilə ictimailəşdirib. Onun sözlərinə görə, şirkət Xocalının Daşbulaq kəndində təmir işləri görüb, lakin aidiyyəti qurumlardan ödənişini ala bilməyib.  "28 nəfər işçinin məndən almalı olduğu pul var. Vergi orqanlarına 17-18 min manat borcum var. Borc yiyələri maşınımı da əlimdən alıblar. Evimdə gecələyə bilmirəm", - o, "Meydan TV"yə müsahibəsində deyib.  N.Hətəmov sentyabrın 9-da yayımlanan müsahibədə isə bildirib ki, Xankəndidə yaşadığı ev polis tərəfindən boşaldılıb.  "Həyat yoldaşımın başının üstündə 2-3 polis dayanıb,...

Seçilmiş Videolar

Toplum TV loqo