Qaynar xətt

Keçmiş hərbçi haqsızlıqla üzləşdiyini deyir

27 Oktyabr, 2022
2337

Açıq mənbələrdən götürülüb

“Haqsız yerə hərbi xidmətdən uzaqlaşdırılmışam. Hərbi biletimə xidmətə uyğunsuz yazıldığı üçün heç kim məni işə götürmür. İki az yaşlı övladım var və ailəmi dolandırmaqda çətinlik çəkirəm. Tələb edirəm ki, hərbi biletimdəki “uyğunsuz”sözü silinsin”.

Bu barədə Şəki şəhər Kiş kənd sakini Əzəmət Şəfayətov Toplum TV-nin qaynar xəttinə yazıb. Şikayətçi iddia edir ki, o, işindən azad edilməsi barədə ərizə yazmadığı halda bunu etdiyini deyib işindən uzaqlaşdırıblar.

“2015-2016-cı illərdə Yevlaxda yerləşən N saylı dövlət sərhəd xidmətində çevikdə çevikdə (Çevik Hərəkat Dəstəsi – red.) xidmət etmişəm. 2016-cı ildə Aprel döyüşlərindən gəldikdən sonra bizi hərbi hospitala gondərdilər. Səhhətim çevikə yaramadığı üçün 2016-cı ildə xidməti yerdəyişmə edərək məni Cəlilabadın komedaturasına gondərdilər. Orada mənə baş texnik vəzifəsi verildi”.

https://toplum.tv/qaynar-xett/umidini-pensiyaya-baglayan-aile-cavab-ala-bilmir

Ə. Şəfayətov qeyd edir ki, o baş texnikliyi bilmədiyi üçün dəfələrlə hərbi hissə komandirinə və komendantlığa bu barədə məruzə edərək yerdəyişmə edilməsini istəyib. Ancaq onun müraciətlərinə baxan olmayıb. Bir müddət sonra isə komendant Ələkbər Nağıyevlə arasında mübahisələr başlayıb:

“Komendat Ələkbər Nağıyev xidməti zamanı mənimlə dəfələrlə kobud, təhqiredici formada danışıb. Bu cür danışıqlarından birinin gizli səsini yazdım. O yalnız mənimlə yox, gizir Sərxan Eminovla da eyni formada- təhqir və söyüşlə danışırdı. Gizir Sərxan Eminov bununla bağlı hərbi prokurorluğa şikayət etdi. Prokurorluqdan gəlib şikayətlə maraqlansalar da, bir nəticəsi olmadı. Hətta əlimdəki səs yazısı belə bir işə yaramadı, məni günahkar çıxartdılar ki, niyə gizli səs yazmışam. Bununla bağlı komandirə məruzə edildi və mən töhmət aldım”.

Şikayətçi deyir ki, bir müddətdən sonra o və gizir hərbidən təxris edilib.

“Məni baş idarəyə çağırıb nə istədiyimi soruşanda bir daha yerdəyişmə istədiyimi bildirdim. Ancaq yerdəyişmə yerinə məni təxris etdilər. Hərbi biletimə xidmətə uyğunsuz yazıldığını da sonradan öyrəndim. Üzləşdiyim haqsızlıqla bağlı hərbi prokurorluğa şikayət etdim”.

Şikayətçiyə sərhəd qoşunlarında polkovnik (ad soyadını xatırlamadığını deyir) bildirib ki, kimə istəyirsən şikayət et, sən öz ərizənlə xidmətdən çıxmısan. Mən hərbidən azad edilməyimlə bağlı heç bir ərizə yazmamışam. Mənim yazdığım ərizələr yalnız yerdəyişmə edilməsi ilə bağlı olub.

Hərbiyə gedəndə yeni ailə qurmuşdum. Hələ körpəm dünyaya gəlməmişdi. Aprel döyüşlərinə tərəddüdsüz qatıldım. Ancaq mənə sonda verilən qiymət bu oldu”

Şikayətçi deyir ki, hərbi biletini DSX-nın baş qərargahından alıb. Ona hərbi biletinin verilmədiyini, bununla bağlı prezidentə şikayət məktubu yazdıqdan sonra biletini ala bildiyini iddia edir. Hərbi biletinə “xidmətə uyğunsuz” yazıldığını işə girmək istəyərkən fərq etdiyini deyir. Ə. Şəfəyətov hərbi biletinə görə mağazalar şəbəkəsində belə iş tapa bilmədiyini deyir. Şikayətçi üzləşdiyi haqsızlıqla bağlı prezidentə, ombudsmana, hərbi prokurorluğa müraciət etsə də, müsbətə doğru bir dəyişiklik olmayıb.

https://toplum.tv/multimedia/etirazci-usaqlarimin-tehsil-huququ-berpa-edilsin

İttihamda adı hallanan Dövlət Sərhəd Xidməti (DSX) sorğumuza cavab olaraq bildirib ki, Ə. Şəfayətov buraxdığı nöqsanlara görə ehtiyata buraxılıb:

“Sabiq hərbi qulluqçu Şəfayətov Əzəmət Vaqif oğlu xidmətdə buraxdığı nöqsanlara görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır”.

Şikayətçi müraciət etdiyi digər aidiyyatı qurumlardan da oxşar cavab aldığını və bu cavabların onu qane etmədiyini bildirir. O haqqındakı qərarın ədalətsiz olduğunu iddia edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Qaynar xətt

“Mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz"

16 Yanvar 2025

açıq mənbədən götürülüb

Bir qrup vətəndaş "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti tərəfindən aldadılmaları ilə bağlı polisə şikayət edib. Zərərçəkənlərin 11 nəfər olduğu bildirilib (Turan). Adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb  və onlara 44 min manat ödəyib. Onun szölərinə görə müqaviləyə əsasən, işlər sentyabrın 15-dək başa çatmalı olsa da, evdə heç bir iş görülməyib.  “Polisə şikayət etməkdən başqa çarəm yox idi. O, mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz", şikayətçi deyib. Şikayətçinin sözlərinə görə, Samir Umudovun barəsində cinayət işi açılsa da, hələlik heç bir irəliləyiş yoxdur.  Samir...
Qaynar xətt

Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”

26 Noyabr 2024

Toplum TV

Noyabrın 26-da Xüsusi Təyinatlı Qüvvələrin bir qrup keçmiş hərbçisi Naxçıvandan gələrək Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib. Onlar İkinci Qarabağ müharibəsi zamanı xəsarət aldıqlarını, amma hələ də kompensasiyalarını ala bilmədiklərini deyirlər. Keçmiş hərbçilər problemlərini demək üçün rəsmi şəxslərdən görüşmək istəsələr də, buna imkan yaradılmayıb.  “Şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu onu göstərir ki,  pulu yeyib talayıblar ki, pulu gecikdirirlər”, - etirazçılardan Kamran İbrahimov deyir.  Digər etirazçı Seymur Məmmədov isə artıq üçüncü dəfədir gəldiyini və probleminin hələ də həll edilmədiyini söyləyir: “Hər dəfə gələndə yola 300 manat pul  gedir. Niyə mənim haqqımı vermirlər? Bizi aciz edirlər?” Polis keçmiş...

Seçilmiş Videolar

Toplum TV loqo