Siyasət

ABŞ Azərbaycanın üç ermənini azad etməsini alqışlayır

5 May, 2021
1323

Dövlət Departamenti

"ABŞ Azərbaycanın saxlanılan üç ermənini azad etməsini alqışlayır".

Bunu mayın 5-də ABŞ dövlət katibi Entoni Blinken "Twitter" hesabında yazıb.

"Hər iki tərəfi bütün məhbusların, saxlanılmış şəxslərin, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi prosesini tam və operativ şəkildə başa çatdırmağa, eyni zamanda məhbuslarla insani rəftarın təmin edilməsinə dair öhdəliklərə əməl etməyə çağırırıq", - deyə ABŞ dövlət katibi açıqlamasında bildirib.

Mayın 4-də 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağda tərk-silah edilmiş üç erməni hərbçisi geri qaytarılıb və Ermənistanda təhvil verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Hüquq müdafiəçisi: “Şahid qismində dindirilən polis Dəyanət Çələbini prokurorun ‘israrından’ sonra tanıdı”

29 Oktyabr 2026

sosial media

Həbsdə olan müəllim və hökumət tənqidçisi Dəyanət Çələbinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda polis əməkdaşı şahid qismində dindirilib. Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə verdiyi məlumata görə, polis əməkdaşı ifadəsində hadisə yerinə çatanda bir nəfərin yerdə uzandığını və yaxınlıqda bıçaq gördüyünü deyib. “Prokuror ondan məhkəmə zalında təqsirləndirilən şəxsi tanıyıb-tanımadığını soruşduqda, polis əməkdaşı “yox, burada yoxdur” cavabını verdi. Prokuror “yaxşı bax, necə yəni burada yoxdur?” dedi. Nəhayət, prokurorun işarəsindən sonra baxdı və Dəyanət Çələbini göstərdi. Polis əməkdaşı bildirdi ki, onu sadəcə “akvariumda” axtarırdı, sən demə, D.Çələbi vəkillərin...
Siyasət

İlham Əliyev Ankaradakı zirvə görüşündə iştirak etməyəcək

29 Oktyabr 2026

president.az

Azərbaycan prezidenti İlham Əliyev Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşündə iştirak etməyəcək. Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. “Report”un məlumatına görə, dövlət başçısının oktyabrın 30-da Bakıda əvvəlcədən planlaşdırılmış tədbirdə iştirakı səbəbindən Türkiyəyə səfəri baş tutmayacaq. İlham Əliyevin həmin gün Bakıda keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalının finalından sonra təşkil olunacaq mükafatlandırma mərasimində iştirakı nəzərdə tutulur. Prezidentin tapşırığı ilə Ceyhun Bayramov zirvə görüşündə, eləcə də onun çərçivəsində keçiriləcək digər tədbirlərdə Azərbaycan nümayəndə heyətinə başçılıq edəcək. TDT-nin 13-cü Zirvə Görüşü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçiriləcək. Ərdoğan oktyabrın 21-də Əliyevə zəng edərək...

Seçilmiş Videolar

Toplum TV loqo