Siyasət

Ağdamda Türkiyə-Rusiya monitorinq mərkəzinin açılışı olub 

30 Yanvar, 2021
1139

Apa

Yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub.

Verilən məlumata görə açılışda Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak edib. 

Mərkəzin əsas məqsədinib 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış  üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etmək olduğu bildirilib.

Türkiyə-Rusiya Birgə Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var.

Bundan əlavə hər iki tərəfin istifadəsi üçün ayrı və ümumi monitorinq mərkəzləri, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.

Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki ədəd idman şəhərciyi, eləcə də iki ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir.

Bütün əraziyə, perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.

Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş istirahət otaqları da hazırlanıb.

Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

Monitorinq Mərkəzində həm Türkiyə və Rusiya tərəfdən 60 hərbi qulluqçu xidmət göstərəcək.

Monitorinq mərkəzinin Türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir(APA). 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İlkin Əmrahov və Ramil Babayev yazır: “Ad olsun ki, paylanılıb”

26 Sentyabr 2026

Toplum TV

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Toplum TV işi” üzrə həbsdə olan əməkdaşları Ramil Babayev və İlkin Əmrahov cəzaçəkmə müəssisələrində zəruri ehtiyac mallarının paylanılması barədə yazıblar. Yazını olduğu kimi təqdim edirik. “Məhbuslara zəruri ehtiyac mallarının paylanılması barədə siyasi məhbuslar dəfələrlə yazıb. Reallığın icmalı budur ki, Penitensiar Xidmət (PX) 2-3 ildən bir məhbusların yalnız bir hissəsinə zəruri ehtiyac mallarını paylayır. Yəni, həbsxana sabununu, diş pastasını üç ildə bir dəfə, o da lotereya qazanmış azlığın içində təsadüfən yer almışsınızsa, əldə edə biləcəksiniz. Biz bu gün malların paylanmamasından yox, ad üçün paylanılan məhsulların keyfiyyətindən bəhs edəcəyik. Elə həmin sabunun və diş pastasının keyfiyyətindən başlayaq. Paylanılan...
Siyasət

Bəhruz Səmədov məhkəmədə özünə xəsarət yetirib 

25 Sentyabr 2026

şəxsi arxivi

Sentyabrın 25-də Ali Məhkəmədə həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədovun kassasiya şikayətinə baxılıb.  İnsan Haqları Naminə Həmrəylik Komitəsinin məlumatına görə, hakim İlkin Abdullayevin sədrlik etdiyi prosesdə əvvəlcə B.Səmədov çıxış edərək azadlığa buraxılması üçün beynəlxalq təşkilatların müraciətlər etdiyini, lakin Azərbaycan hakimiyyətinin bu çağırışları nəzərə almadığını xatırladıb.  Vəkil Zibeydə Sadıqova isə çıxışında dövlətə xəyanət ittihamının və buna sübut kimi təqdim olunan dəlillərin mübahisəli olduğunu bildirib. Onun sözlərinə görə, müvəkkilinin əcnəbilərlə, o cümlədən erməni əsilli şəxslərlə ünsiyyət saxlaması öz-özlüyündə dövlətə xəyanət kimi qiymətləndirilə bilməz. Müdafiə tərəfi həmçinin həmin şəxslərlə onlayn əlaqə saxlanılaraq onların xüsusi xidmət orqanlarının nümayəndələri olub-olmadığının araşdırılması ilə...

Seçilmiş Videolar

Toplum TV loqo