Siyasət

Aqil Abbas: "Rusiya sülhməramlılarına ultimatium verilməlidir"  

27 Avqust, 2021
3129

Aqil Abbas - Sosial media

"Müdafiə Nazirliyi belə çıxış etməməlidir, ayıbdır" 
 
“Biz torpaqlarımızda təxribat törədən erməni terrorçularını buraxdıq. Yalançı bir xəritəyə görə onları azad etdik. Hansı ki ermənilərin bizə verdiyi xəritələr yalandır”. 
 
Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas "modern.az"a deyib. 
 
Azərbaycan hərbçisinin Ağdərədə əsir götürülməsinə münasibət bildirən deputat Rusiya sülhməramlılarını fəaliyyətsizlikdə günahlandırıb: “Bizim müddətdən artıq xidmət edən MAXE-miz Gəncədəki xəstəxanadan çıxıb Ağdərəyə gedib. Ora necə gedib, bunu bilmirik, haqqında dəqiq bir məlumat yoxdur. Ağdərə Azərbaycan ərazisidir, yaxşı eləyib gedib, insandır da. Hər gün mətbuatdan oxuyuruq ki, kimsə azad olunmuş ərazilərə qanunsuz gedib. Həmin şəxsə neçə sutka iş verirlər. O da Ağdərəyə gedib. Hərbçimizi orada qandallayıb, barəsində cinayət işi qaldırıblar. Ən dəhşətlisi odur ki, onların qondarma Milli Təhlükəsizlik Xidməti deyir ki, həmin hərbçi guya “Arsax”ın sərhəddini keçib. “Arsax”ın sərhəddi var? Bu nə deməkdir? Rus sülhməramlıları hələ də susur. Onlar nə işə yarayırlar? Ən pisi budur, Müdafiə Nazirliyi deyir ki, onun haqqında cinayət işi qaldırmışıq. Nəyə görə cinayət işi açılır? Xəstəxananı öz başına tərketməyə görə cinayət işi açılır? Yaxud da Azərbaycanın hansısa bölgəsinə gedənlərə cinayət işi qaldırırlar? Bundan başqa, Rusiya sülhməramlılarının qarşısında ciddi məsələlər qoyulmalıdır, ultimatium verilməlidir. Ya işinizi görün, ya da çıxın gedin”. 
 
Deputatın sözlərinə görə, Azərbaycan hərbçinin geri qaytarılmasını tələb etməlidir: “Qaytarmasalar, gedib onu azad etməlidirlər, Ağdərə öz ərazimizdir. Saxlanılan şəxs bizim vətəndaşımızdır. Müdafiə Nazirliyi belə çıxış etməli deyil ki, onun haqqında cinayət işi qaldırmışıq, ayıbdır, vallah ayıbdır”. 
 
Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə ermənilər tərəfindən əsir götürülüb.   
 
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, C.Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.  
 
Bu səbəbdən onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

RSF: “Aynur Elgünəşin sağlamlığında yaranacaq fəsadlara görə hakimiyyət məsuliyyət daşıyır”

22 Oktyabr 2026

sosial media

“Sərhədsiz Reportyorlar” təşkilatı (RSF) “Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin pisləşməsi ilə bağlı bəyanat yayıb. Oktyabrın 21-də dərc olunan bəyanatda jurnalistin xəstəxanaya yerləşdirildiyi bildirilib. “Özbaşına həbsdə saxlanılan “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş zəruri tibbi yardımdan uzun müddət məhrum edildikdən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. RSF onun tibbi göstərişlər əsasında azadlığa buraxılmasını tələb edir və sağlamlığında yarana biləcək geri dönməz fəsadlara görə hakimiyyəti məsul tutur”, - təşkilatın bəyanatında deyilir. Aynur Elgünəş oktyabrın 18-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Vəkil Zibeydə Sadıqova bildirib ki, jurnalistin səhhətində ciddi problemlər var və hazırda ən böyük təhlükə böyrəyi ilə bağlıdır. Jurnalistin...
Siyasət

“QHT işi”: Zamin Zəkinin kassasiya şikayəti təmin edilməyib

22 Oktyabr 2026

sosial media

Oktyabrın 22-də Ali Məhkəmədə “QHT işi” üzrə həbsdə olan sosial işçi Zamin Zəkinin kassasiya şikayətinə baxılıb. Hüquq müdafiəçisi Zəfər Əhmədovun “Toplum TV”yə bildirdiyinə görə, Zamin Zəki prosesdə iştirak etməyib. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda vəkil Günay İsmayılova müdafiə çıxışı edib. Vəkil xatırladıb ki, Zamin Zəki ilə bağlı indiyədək nə Bakı Ağır Cinayətlər Məhkəməsində, nə də Bakı Apellyasiya Məhkəməsində verilən vəsatətlər təmin olunub. O, məhkəmədən işə diqqətlə baxmağı istəyib. Vəkil çıxış edərkən hakim onun sözünü kəsib və “bu cür işlərə adətən iki dəqiqə vaxt ayırdığını” bildirib. “Siz isə artıq 10 dəqiqədir danışırsınız. Bu iş problemli olduğu üçün mən sizin...

Seçilmiş Videolar

Toplum TV loqo