Baş Prokurorluq şəhid Səbuhi Əhmədovun qardaşının videolarını araşdırır
Rəsmi səhifə
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci və 2-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
Bu barədə sentyabrın 16-da qurumun mətbuat xidmətindən açıqlama verilib.
Prokurorluq araşdırmanın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirib.
Sənan Əhmədov iki gün əvvəl verdiyi açıqlamada şəhid qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını iddia etmiş, qardaşının bu pulu bankdan kreditə götürdüyünü bildirmişdi.
https://toplum.tv/sosial/sehid-qardasinin-uzr-videosu-naraziliq-dogurub
Bundan sonra Müdafiə Nazirliyi iddianın araşdırılacağı barədə məlumat yaymışdı. Dünən nazirlikdə Sənan Əhmədovla Nazirlikdə görüş təşkil edilib. Ardınca isə Sənan Əhmədovun "üzrxahlıq" videosu yayılıb.
Üzrxahlıq videosunda Sənan Əhmədov rüşvətlə bağlı məlumatın həqiqəti əks etdirmədiyini bildirib:
“Sosial şəbəkələrdə yayılmış vəzifə dəyişikliyinə görə verdiyi 6 min manat məsələsinə toxunmaq istəyirəm. Aydınlaşdırdım ki, onun vəzifə dəyişikliyinə heç bir aidiyyatı yoxdur. Ailədaxili məsələlərə görə gedibdi. Diqqətinizə görə, çox sağ olun. Xahiş edirəm ki, bu məsələləri qaldırıb ailəmizi də qardaşımın ruhunu da incitməyək. Hər şeyə görə sağ olun. Allah bütün şəhidlərə rəhmət etsin”.
Sözügedən video yayıldıqdan sonra sosial mediada gündəm olub və bir çox istifadəçi narazılığını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”