Siyasət

DSX əsgərinin özünü güllələdiyi bildirilir

3 Noyabr, 2022
1962

Açıq mənbələrdən götürülüb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun özünü güllələdiyi bildirilir. 

Baş Prokurorluğun Mətbuat xidmətindən noyabrın 3-də verilən məlumata görə, faktla bağlı hazırda Lənkəran hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

https://toplum.tv/siyaset/1-ayda-5-olum-dovlet-serhed-xidmetinde-ne-bas-verir

Hazırda iş üzrə istintaqın davam etdiyi qeyd olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

FT: “Fransa Azərbaycandakı vətəndaşlarının azadlığı müqabilində Usmanovdan sanksiyaların götürülməsini istəyir”

16 Sentyabr 2026

president.az

Fransa Azərbaycanda həbsdə olan vətəndaşlarının azad edilməsi müqabilində rusiyalı biznesmen Alişir Usmanovun sanksiya siyahısından çıxarılmasına digər Avropa İttifaqı (Aİ) ölkələrini razı salmağa çalışır. “Financial Times” danışıqlardan məlumatlı üç mənbəyə istinadən yazır ki, mümkün razılaşma Rusiyanın Ukraynaya müdaxiləsinə görə tətbiq edilmiş sanksiyaların uzadılmasını ləngidir. Qəzetə görə, Fransa və Slovakiya Usmanovun siyahıdan çıxarılmasını tələb edərək sanksiyaların daha 12 ay uzadılmasına veto qoyub. Danışıqları davam etdirmək üçün sanksiyaların müddəti bir həftə uzadılıb. Rəsmi Paris iddiaya birbaşa cavab verməyib. Fransalı diplomat isə ölkəsinin milli təhlükəsizliklə bağlı narahatlığını və Usmanov məsələsində müraciət edən beynəlxalq tərəfdaşlarına müsbət cavab vermək istədiyini bildirib. O, Parisin Rusiyaya təzyiqin artırılmasını...
Siyasət

Komitə: “İqbal Əbilovun işgəncə şikayəti araşdırılmayıb, prokuror məhkəməyə gəlməyib”

16 Sentyabr 2026

sosial media

Sentyabrın 15-də Sabunçu Rayon Məhkəməsində həbsdə olan akademik tədqiqatçı İqbal Əbilovun Bakı İstintaq Təcridxanasında fiziki və mənəvi işgəncəyə məruz qalması iddiası ilə bağlı verdiyi şikayətə baxılıb. Bu barədə İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. Komitənin bildirdiyinə görə, iclasda qarşı tərəfin nümayəndəsi və prokuror iştirak etməyib, şikayət üzrə prokuror tərəfindən araşdırma aparılmayıb. “Əbilovun vəkili Rövşanə Rəhimli bunu əsas gətirərək məhkəmədən növbəti iclasın təyin olunmasını və şikayətin araşdırılmasını istəyib”, - komitə bildirib. İ.Əbilov məhkəmədə hadisələrin necə baş verdiyini danışıb və məhkəmədən Bakı İstintaq Təcridxanasında olduğu müddətdə təhlükəsizliyinin təmin edilməsini istəyib. O, məruz qaldığı rəftarı üzərində talış dilində yazı olan köynək geyinməsi...

Seçilmiş Videolar

Toplum TV loqo