İki ildir ki, Babayevlər ailəsi hərbi xidmətdə həlak olan oğullarının qəbrinə başdaşı qoymayıblar.
Rəşid Babayev hərbi hissədə beş il həkim kimi çalışıb. İki il öncə qeyri-döyüş şəraitində həlak olub.
Ailənin tələbi oğullarını ölümə sürükləyən şəxslərin tapılması, övladına şəhidlik statusu verilməsi və məzarının yerinin dəyişdirilməsidir.
Sürəyya Babayeva deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara məktublar yazsalar da,müraciətlərinə hay verən olmayıb.
Məsələ ilə bağlı Toplum Tv Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çalışıb. Gün ərzində dəfələrlə edilən zənglər cavabsız qalıb.
Bu ilin sentyabr və oktyabr aylarında qeyri- döyüş şəraitində həlak olan hərbçilərin yaxınları Prezident Administrasiyası, Milli Məclisin qarşısında silsiləvi etiraz aksiyaları keçiriblər. Ailələr övldlarına şəhidlik statusunun verilməsi tələb edib, hərbi hissələrdə baş verən qanunsuzluqlara diqqət çəkiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”