Siyasət

Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat birdəfəlik ödəmə təyin olunub

6 Oktyabr, 2022
2178

Sosial Media

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili APA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, vətəndaş aidiyyəti qurumdan vərəsəsi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:

"Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".

https://toplum.tv/siyaset/bas-prokurorluq-sehid-sebuhi-ehmedovun-qardasinin-videolarini-arasdirir

Sənan Əhmədov sentyabrın 14-də verdiyi açıqlamada şəhid qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını iddia etmiş, qardaşının bu pulu bankdan kreditə götürdüyünü bildirmişdi. 

Bundan sonra Müdafiə Nazirliyi iddianın araşdırılacağı barədə məlumat yaymışdı. Sənan Əhmədovla Nazirlikdə görüş təşkil edilmiş, ardınca isə Sənan Əhmədovun "üzrxahlıq" videosu yayılmışdı. 

Üzrxahlıq videosunda Sənan Əhmədov rüşvətlə bağlı məlumatın həqiqəti əks etdirmədiyini bildirmişdi. 

“Sosial şəbəkələrdə yayılmış vəzifə dəyişikliyinə görə verdiyi 6 min manat məsələsinə toxunmaq istəyirəm. Aydınlaşdırdım ki, onun vəzifə dəyişikliyinə heç bir aidiyyatı yoxdur. Ailədaxili məsələlərə görə gedibdi. Diqqətinizə görə, çox sağ olun. Xahiş edirəm ki, bu məsələləri qaldırıb ailəmizi də qardaşımın ruhunu da incitməyək. Hər şeyə görə sağ olun. Allah bütün şəhidlərə rəhmət etsin”.

Sözügedən video yayıldıqdan sonra sosial mediada gündəm olmuş və bir çox istifadəçi narazılığını bildirmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo