Siyasət

DSX şəhid olan hərbçilərin siyahısını açıqladı

15 Sentyabr, 2022
2374

Açıq mənbələrdən götürülüb

Şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin sentyabrın 15-də verdiyi məlumatda bildirilir. 

"Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib.

Şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib", - deyə məlumatda qeyd edilib. 

https://toplum.tv/siyaset/mudafie-nazirliyi-itkilerimiz-var-bu-barede-elave-melumat-verilecek

Qeyd olunub ki, Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları hərbi toqquşmalar zamanı şəhid olublar: 

kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;

baş gizir Məmmədov Azər Mustafa oğlu;

baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;

kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;

kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;

kiçik gizir Babazadə Elşən Sahib oğlu;

baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;

baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo