Açıq mənbələrdən götürülüb
"Müdafiə Xətti" hüquq müdafiə təşkilatı iyulun 1-də Məhkəmə-Hüquq Şurasının binası qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib.
Bu barədə hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib. Onun sözlərinə görə, aksiyada məhkəmələrin qanunvericiliyin tələblərinə zidd olaraq qapalı keçirlməsinə etiraz ediləcək.
"Məhkəmələrin xüsusilə siyasi yüklü mühakimələri məzhəkəyə çevirmələri azlıq edirmiş kimi, "açıq tamaşaları" bağlı elan edirlər, işlərin icraatı qapalı aparılır. Hüquq müdafiəçilərini, media mənsublarını, vətəndaş cəmiyyəti fəallarını məhkəmə zallarına buraxmırlar. Ümumiyyətlə, bir qayda olaraq, vəkillərdən və təqsirləndirilən şəxslərin ailə üzvlərindən savayı kimsəni prosesə buraxmırlar", - deyə o qeyd edib.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev "Turan"a bildirib ki, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan keçiriləcək istənilən qeyri-qanuni aksiyanın qarşısı alınacaq.
"Tövsiyə olunur ki, aksiya keçirmək arzusunda olan şəxs və ya şəxslər bunu qanunla müəyyən edilmiş qaydada həyata keçirsinlər", - deyə o qeyd edib.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi elan edildikdən sonra, 2020-ci ilin martından başlayaraq açıq kelçirilən məhkəmələrin iclas zallarına ictimaiyyətin nümayəndələri və jurnalistlər buraxılmır. Hazırda Nazirlər Kabineti insanların toplaşması üçün say məhdudiyyətini ləğv etsə də, məhkəmələrdə yenə də iclas zallarına məhdud sayda insan buraxılır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”