Siyasət

“Müdafiə Xətti”: Gəncədə ictimai fəallara qarşı təzyiqlər artıb

3 İyun, 2022
1761

Açıq mənbələrdən götürülüb

İyunun 3-də “Müdafiə Xətti” İnsan Haqları Təşkilatı Azərbaycanda son iki ayda insan haqlarının vəziyyəti ilə bağlı mətbuat konfransı keçirib. 

Təşkilatın həmtəsisçisi Rüfət Səfərov aprel-may aylarında Azərbaycanda xeyli insan hüquq pozuntularının olduğunu bildirib: 

“Jurnalist Aytən Məmmədova və fəal Bəxtiyar Hacıyevə qarşı hakimiyyətə bağlı olan kriminal qrupların cinayəti üzrə istintaq ölü vəziyyətindədir. Guya cinayətkarlar istintaq tərəfindən müəyyən edilə bilmir, onlar bunu tapmaqda acizdirlər”. 

R.Səfərov həmçinin Gəncə şəhərində yaşayan fəallara son aylar təzyiqlərin olduğunu qeyd edib. 

“Azərbaycan Xalq Cəbhəsinin üzvü Razi Alışov narkobaron elan olunub. Halbuki Razi bəy inanclı şəxsdir və Müsəlman Birliyi Hərəkatının üzvləri ilə dostluq münasibətləri var. Bundan əvvəl şahmat müəllimi Şahin Hacıyev eyni ittihamla 6 illiyinə həbs olunmuşdu. Bizim ümumi qənaətimiz ondan ibarətdir ki, Gəncə şəhərində yaşayan müxalif fəallara qarşı hərəkətlənmə var, çox qısa müddətdə 2 sıravi üzv narkobaron elan edilib. Görünür ki, hökumət bundan narahatçılıq duyur”. 

Təşkilatın təsisçiləri “Azad söz”  kanalının mühacirət həyatı yaşayan rəhbəri Tural Sadıqlının həyatı və sağlamlığına olunan təhdidlərdən narahat olduğunu bəyan edib. 

“Bununla bağlı Almaniyanın Azərbaycandakı Səfirliyinin birinci katibi ilə görüşdük. Eyni zamanda səfirliyin rəsmisinə Almaniyadan son aylarda deport edilən 6 fəalın Azərbaycanda həbs edilməsi və işgəncələrə məruz qaldığını bildirdik”. 

Konfransa hüquq müdafiəçisi Əlövsət Sadıqlı, siyasi məhbus həyatı yaşamış Paşa Umudov və həbsdə olan müxalif fəalların ailə üzvləri də iştirak edib. 

Tədbirdə çıxış edən qonaqlar yekun olaraq hökuməti cinayətkarları tapmağa, insan hüquqlarının qorunmasına həssas yanaşmağa səsləyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo