Siyasət

"Müdafiə Xətti": Azərbaycanda elə bir ay yoxdur ki, insan hüquqları pozulmasın 

15 İyul, 2022
1650

Toplum TV

Sonuncu əfv sərəncamından sonra Azərbaycanda hələ də onlarla siyasi məhbus var. 

Bu sözləri hüquq müdafiəçisi Rüfət Səfərov "Müdafiə Xətti" insan haqları təşkilatının keçirdiyi brifinqdə deyib.

Bu gün insan haqlarının pozulması ilə bağlı hesabatın təqdimatında ötən ay və iyulun ilk 15 günü ərzində baş verən proseslər müzakirə edilib.

"Azərbaycanda elə bir ay yoxdur ki, insan hüquqları pozulmasın", - deyə təşkilatın icraçı direktoru Rüfət Səfərov əlavə edib.

Mətbuat konfransında müharibə iştirakçılarının sosial problemləri və etiraz aksiyaları, "Tərtər işi" proseslərini işıqlandırmaqla tanınan bloqer Abid Qafarovun həbsi, jurnalist Əziz Oruclunun küçədə təhdid olunması kimi məsələlərə toxunulub.

Tədbirdə həmçinin ictimai fəal Bəxtiyar Hacıyev, "Müsavat" partiyasının üzvü Tofiq Yaqublu və jurnalist Aytən Məmmədovaya qarşı edilmiş fiziki zorakılıq hallarının araşdırılmaması tənqid olunub.

Mətbuat konfransında ictimai fəal Bəxtiyar Hacıyev də çıxış edib. Hacıyev artıq 3 aydır işinə baxılmadığını bildirib:

"Mənim 3 vəsatətimə hələ də baxılmayıb. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərov, general Əkbər İsmayılovun dindirilməsini tələb etmişəm. Əkbər İsmayılov mənim başıma oyun açacağını deyərək təhdid edib. Vüqar Ələkbərov isə mənə deyib ki, nazir Vilayət Eyvazovu tənqid etdiyimə görə, bir neçə polis əməkdaşı mənim başıma oyun açmaları üçün ondan icazə istəyib. Adlarını çəkdiyim bu iki şəxsin dindirilməsini tələb edirəm".

B.Hacıyev deyib ki, əgər ona və digər fəallara qarşı baş verən fiziki zorakılıqlar araşdırılmırsa, bunun səbəbkarı prezident və daxili işlər naziridir:

"Ötən ay bir neçə beynəlxalq görüşdə iştirak etmişəm. Artıq həm daxili işlər naziri Vilayət Eyvazov və həm də Prezident İlham Əliyevə qarşı kampaniya başlatmağı düşünürük. Əgər baş verən bu qədər cinayətin üstü açılmırsa, bunun günahı ilk növbədə onlardadır", - deyə Hacıyev əlavə edib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo