Siyasət

“Müdafiə Xətti”: “Qarabağ qazilərinin azadlığa buraxılmasını gözləyirik”

16 Mart, 2021
2404

Deko

“Müdafə Xətti” İnsan Haqları Təşkilatı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. 

Qurumun həmtəsisçisi Rüfət Səfərov bu barədə “Toplum TV”-yə danışıb. 

O bildirir ki, müraciətin məqsədi Novruz bayramı ərəfəsində imzalanması gözlənilən əfv sərəncamında siyasi və dini görüşlərinə görə həbs olunanların da azadlığa buraxılmasıdır. 
 
“Təəssüflər olsun ki, 1993-cü ildən etibarən Azərbaycanda siyasi və vicdan məhbuslarının olmadığı dönəm yoxdur. Zaman-zaman yerli və beynəlxalq hüquq müdafiəçilərinin, beynəlxalq məhkəmələrin tələbi ilə siyasi məhbusların bir qismi azadlığa buraxılsa da, yenidən siyasi və dini görüşlərinə görə, həbs halları olub. Bu gün ölkədəki cəzaçəkmə müəssisələrində müxtəlif kateqoriyalar üzrə 150-ə yaxın siyasi məhbus var. Bu kateqoriyalara ömürlük məhbuslar, jurnalistlər, inanclı, ictimai-siyasi şəxslər, sosial etirazlarda iştirak edən şəxslər daxildir”. 

O, “Müdafiə Xətti”nin Novruz bayramı ilə əlaqədar geniş əfv sərəncamının imzalanmasını gözləyir.

Rüfət Səfərov - Sosial Media

“Siyasi məhbusların tam tərkibdə, bu mümkün olmazsa, 2019-cu ilin mart ayında imzalanmış, özüm də daxil olmaqla 51 siyasi məhbusun azadlığı ilə nəticələnən əfv sərəncamı ilə müqayisə oluna biləcək sərəncamın imzalanmasını gözləyirik. “Müdafiə Xətti” olaraq hesab edirik ki, ölkədə demokratik və hüquqi açılımlar olmalıdır, bunu da siyasi məhbusların azadlığı olmadan təsəvvür etmək çətindir. Amma ümidliyik ki, bir neçə gün ərzində Prezident müvafiq sərəncamı imzalasın və müraciətimizdə adları yer alan şəxslər də siyahıda olsun”. 

R.Səfərov xüsusən də ötən ilin iyulunda Qarabağa və Orduya dəstək məqsədilə keçirilən yürüşdən sonra həbs edilənlərin azadlığa buraxılması üçün müraciət etdiklərini söyləyir: 

#Azadlıq Radiosu
*Orduya dəstək yürüşündən kadr


“Müdafiə Xətti” məhz 14-15 iyulda dinc şəkildə təşkil olunan yürüşə görə, həbs olunanların müdafiəsini həyata keçirmək üçün təsis edildi. Müraciətin son hissəsində bu gün cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum olunan xeyli sayda qazimizin də azadlığa qovuşacağı ilə bağlı ümidlər ifadə olunub. Vətən müharibəsi dövründə ölkəmizdə milli həmrəylik ifadə olundu. Düşünürəm ki, bu həmrəyliyin daha geniş vüsət alması və inkişaf etməsi üçün dövlət başçısı İlham Əliyev öz iradəsini nümayiş etdirməlidir. Bunun da ən optimal variantı odur ki, günahsız şəkildə həbs olunan vicdan məhbusları azadlığa qovuşsun”. 

2020-ci il iyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirilib, xidməti avtomobilləri aşırılıb, Milli Məclisə ziyan dəyib. Bundan sonra cinayət işi açılıb. 

Hüquq müdafiəçiləri bu zaman 70 nəfərin saxlanıldığını, 25 nəfər haqda cinayət işi açıldığını bəyan ediblər. Orduya dəstək yürüşündən sonra Xalq Cəbhəsi Partiyası 40-dan çox fəalının həbs edildiyi, onlardan 16 nəfərinin yürüşlə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb edildiyi bildirilib.

Yürüşdən sonra həbs edilən bir neçə şəxs isə koronavirus infeksiyasını yaymaqda ittiham edilib. Bu şəxsləri Cinayət Məcəlləsinin 139-1.1 maddəsinə uyğun olaraq 5000 manata qədər cərimə və ya 3 ilə qədər həbs cəzası gözləyir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Putin Əliyevə zəng edib

7 Sentyabr 2026

president.az

Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər ticarət-iqtisadi və humanitar əməkdaşlıqla bağlı bir sıra aktual məsələləri müzakirə ediblər. Məlumatda bildirilir ki, dövlət başçıları müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin fəallaşdırılması barədə razılığa gəliblər. Bu telefon danışığı Putin və Əliyevin iyulun 28-dən sonra ikinci təmasıdır. Həmin danışıqda tərəflər ikitərəfli və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə etmiş, Rusiya-Azərbaycan münasibətlərinin “konstruktiv xarakterini” vurğulamışdılar. Bundan əvvəl, sentyabrın 1-də liderlər Bişkekdə ŞƏT sammiti çərçivəsində qısa görüşmüşdülər. Bu təmaslar Moskva ilə Bakı arasında bir müddət davam edən gərginlikdən sonra münasibətlərin normallaşması fonunda baş tutur. Moskva ilə...
Siyasət

AXCP: “Hakimiyyətin məqsədi Əli Kərimlini fiziki baxımdan sıradan çıxarmaqdır”

7 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan sədri Əli Kərimlinin saxlanma şəraitinin onun sağlamlığı üçün ciddi risk yaratdığını bildirib. Partiyanın sentyabrın 7-də yaydığı bəyanatda qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Ə.Kərimliyə qarşı münasibət son üç ayda “xüsusilə amansız” olub. AXCP-nin məlumatına görə, siyasətçi gecələr fasiləsiz səs-küyə məruz qalmaqla yuxudan məhrum edilir. “Onu fasiləsiz yuxudan məhrum etmək məqsədilə gecələr xüsusi siqnal səsləndirməyə və səs-küylü ‘rituallar’ icra edən psixi cəhətdən pozğun şəxslə birlikdə saxlamağa davam edirlər. AXCP bəyan edir ki, Əli Kərimlinin sağlamlığı və təhlükəsizliyi məsələsi birbaşa dövlət başçısı İlham Əliyevin məsuliyyətində olan məsələdir”, – bəyanatda deyilir. Partiya...

Seçilmiş Videolar

Toplum TV loqo