Siyasət

Paşinyan və Putin Brüssel görüşündən danışıblar

2 İyun, 2022
2636

açıq mənbədən götürülüb

İyunun 1-də Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

Ermənistan Baş Nazirinin mətbuat xidmətinin məlumatına görə, iki lider Ermənistan-Rusiya ikitərəfli münasibətlər gündəliyinin bir sıra mühüm məsələlərini müzakirə ediblər.

“Rusiya prezidenti demarkasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın ilk görüşünü alqışlayıb və Rusiyanın sərhədlərin demarkasiyası prosesini dəstəkləməyə hazır olduğunu təsdiqləyib. Qeyd olunub ki, əldə edilmiş razılaşmaya əsasən komissiyanın növbəti iclası Moskvada olacaq", -  məlumatda deyilir.

Nikol Paşinyan və Vladimir Putin regional kommunikasiyaların açılması mövzusuna da toxunublar, üçtərəfli işçi qrupunun fəaliyyətinin canlandırılmasına dair razılıq əldə olunub.

Öz növbəsində Ermənistanın Baş Naziri mayın 22-də Brüsseldə Azərbaycan prezidenti və Avropa İttifaqı Şurasının rəhbərilə son görüşündən danışıb. "O, görüşdən sonra səsləndirilən və müzakirələrin mahiyyətinə aidiyyatı olmayan şərhlərdən narahatlığını ifadə edib", - məlumatda bildirilir.

Prezident İlham Əliyevin “Brüssel görüşü göstərdi ki, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir,  Ermənistan bunu etiraf etməli və Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu qəbul etməlidir” deməsi  Ermənistanın narazılığına səbəb olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo