Siyasət

Şahid: "AZAL prezidentinin xanımı “İdeal”dan hər il milyonlarla vəsait əldə edib"

8 sentyabr, 2021
4080

Meydan TV

“Zərifə Həmzəyevaya dəyəri milyonlarla ölçülən dividentin ödənişi hesabatlarda “Gazelli” adı altında sənədləşdirilirdi”

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zərifə Həmzəyevaya “İdeal” mağazalarından hər il iki dəfə və hər dəfə də bir neçə milyon divident ödənilib. Bu barədə uzun müddət “İdeal Kompany” şirkətində mühasib işləmiş Samirə Quliyeva sentyabrın 6-da məhkəmədə ifadə verərkən danışıb. O, “İdeal”ın keçmiş sahibi, 2021-ci ilin aprelindən həbsdə olan iş adamı İlqar İsmayılovun məhkəməsində şahid qismində dindirilib.

2011-ci ildə AZAL prezidentinin xanımı “İdeal Company”nin 50 faizini alıb və şirkətin həmtəsisçisi olub. İlqar İsmayılov məhkəmədə ifadəsində bildirib ki, ara-sıra bağ evində görüşüb və yaxud elektron yazışmalar vasitəsilə Zərifə Həmzəyeva ilə şirkətlə bağlı məsələləri, gəlirlər və xərcləri müzakirə edirdilər. Amma onun şirkətdə daimi nümayəndəsi vardı – Fuad Şahvəliyev.

Şahid Samirə Quliyeva da şirkətdə Fuad Şahvəliyevi tanıdığını bildirib. Onun sözlərinə görə, şirkətin kassasından çıxarılan bütün vəsaitlərdən həm İlqar İsmayılovun, həm də Fuad Şahvəliyevin məlumatı olurdu. Şahid deyir ki, şirkətin xəzinəsində edilən bütün əməliyyatlar barədə günün sonunda hesabatlar hazırlanırdı. Növbəti gün səhər həmin hesabatlar İlqar İsmayılova, Fuad Şahvəliyevə və maliyyə məsələlərinə məsul olan başqa vəzifəli şəxslərə göndərilirdi.

Samirə Quliyeva bildirib ki, “İdeal”ın gəlirlərindən digər təsisçi Zərifə Həmzəyevaya dəyəri milyonlarla ölçülən dividentin ödənişi hesabatlarda “Gazelli” adı altında sənədləşdirilirdi. Yəni Zərifə Həmzəyevaya çatası vəsaitlər onun rəhbərlik etdiyi, kosmetik məhsulların istehsalıyla məşğul olan başqa bir şirkətin hesabına köçürülüb.

Samirə Quliyeva dindirmə zamanı deyib ki, İlqar İsmayılovun adına bankdan ayrılmış kreditin “İdeal”ın xəzinəsinə köçürülməsi halları olurdu. Onun sözlərinə görə, məsələn, İlqar İsmayılovun adına “SilkWayBank”dan götürülmüş krediti bankın inkassatorunun nağd şəkildə gətirib “İdeal Kompany”nin kassasına köçürdüyünü xatırlayır. Kredit İlqar İsmayılovun adına götürülsə də, şirkətin fəaliyyətinə sərf olunduğuna görə ödəniş qrafikləri əsasında aylıq ödənişlər də şirkətin kassasından həyata keçirilib.

“Səhv etmirəmsə, həmin kredit üzrə aylıq ödəniş 36 min manat idi...”, - şahid bildirib.

İlqar İsmayılovun adına Zərifə Həmzəyevaya məxsus, hazırda “Premium Bank” adlanan sözügedən bankdan ayrılmış 5 milyon manatlıq kreditlə əlaqədar iş adamı məhkəmədə bildirmişdi ki, həmin vəsait şirkəti inkişaf etdirmək, mağazaların sayını artırmaq üçün ayrılıb. Digər təsisçi Zərifə Həmzəyeva və bankın idarəçisi olan adamları məsləhət görüb ki, kredit şirkətin adına yox, İlqar İsmayılovun öz adına rəsmiləşsin. O da razılaşıb. Lakin kredit məbləği şirkətə çatıb. Ona görə şirkətin xəzinəsindən sonradan həmin kreditin aylıq ödənişi üçün vəsait ayrılıb.

Cinayət işinin materiallarında isə iddia olunur ki, İlqar İsmayılov şirkətin xəzinəsindən götürdüyü vəsaitləri şəxsi ehtiyaclarına xərcləyib, mənimsəyib.

İlqar İsmayılovun vəkilləri şahid Samirə Quliyevaya İlqar İsmayılovun şirkətin kassasına ümumilikdə 5 milyona qədər vəsait mədaxil etməsinə dair kassa-mədaxil qəbzlərini göstəriblər. O sənədlərdə Samirə Quliyevanın da imzası var. O, qəbzləri Samirə Quliyeva mühasib kimi imzalayıb. Şahid həmin imzaların ona məxsus olduğunu və bu vəsaitləri İlqar İsmayılovun şirkətə köçürdüyünü təsdiqləyib.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl “Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Kompany”nin direktoru təyin etmək məcburiyyətində qalıb.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. “Adore Company”nin rəhbərliyində bir neçə ay əvvəl dəyişiklik olub. Bu ilin yanvarında şirkətin direktoru Samir Əliyev Nərmin İsmayılova əvəzləyib.

AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva “Premium Bank”ın da əsas səhmdarı, “Gazelli Group”un da rəhbəridir (Meydan TV). 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Mütəşəkkil dəstə”dən penitensiar sistemin rəhbərliyinə: ‘Məhbusların həyatına görə məsuliyyəti kim daşıyır?’

4 noyabr 2026

sosial media

“Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və jurnalist Fərid İsmayılov penitensiar müəssisələrdə tibbi xidmətin təşkili ilə bağlı açıq məktub ünvanlayıblar. Özlərini “Mütəşəkkil dəstə” aldandıran müraciət müəllifləri penitensiar sistemdə tibbi kadr çatışmazlığının, gecə saatlarında təcili tibbi yardıma çıxışın və tibbi avadanlıqlardan istifadənin problem olaraq qaldığını bildirirlər. “Toplum TV işi” üzrə 13 il azadlıqdan məhrum olunan Ramil Babayev həm Bakı İstintaq Təcridxanasında (BİT), həm də Umbakı Penitensiar Müəssisəsində (PM) keçirdiyi aclıq aksiyalarında məhbuslara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasını tələb etdiyini bildirib. Babayevin sözlərinə görə, Umbakı PM-də aclıq etdiyi dövrdə Ombudsman Aparatının əməkdaşları...
Siyasət

Gələn il azad edilmiş ərazilərin bərpasına 3,4 milyard manat ayrılacaq

4 noyabr 2026

sosial media

2027-ci ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 3 milyard 422 milyon manat ayrılması nəzərdə tutulur. APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, gələn ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu, yəni investisiya xərcləri üçün ümumilikdə 5,3 milyard manat nəzərdə tutulub. Bu məbləğin 3,4 milyard manatdan çoxunun işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramının icrasına, şəhər və kəndlərin yenidən qurulmasına, eləcə də infrastrukturun yaradılmasına yönəldilməsi planlaşdırılır. Digər investisiya xərcləri üçün isə 1,9 milyard manat ayrılması proqnozlaşdırılır. Ayrılacaq...

Seçilmiş Videolar

Toplum TV loqo