Siyasət

"Sərhədsiz Reportyorlar": Qəzetlər də jurnalistlər kimi öldürülür

29 İyun, 2021
2588

Sosial Media

“Azərbaycanın son müxalifət qəzeti olan “Azadlıq” 2016-cı ilin sentyabrında çapını dayandırmaq məcburiyyətində qaldı. Hazırda “online” fəaliyyət göstərir”.

"Meydan TV"-nin məlumatına görə, bu fikirlər iyunun 28-də "Sərhədsiz Reportyorlar"ın ("Reporters Without Borders" - RSF) son 5 ildə dünyada çapını dayandırmağa məcbur edilmiş qəzetlər barədə yaydığı hesabatda əksini tapıb.

Hesabatda bildirilir ki, dünyada çapının dayandırmağa məcbur qalan ən son qəzet “Apple Daily”dir. Qəzet iyunun 23-də Honq Konq və Çin hökumətlərinin təzyiqi ilə bağlandığını elan edib: “Bu qəzetin qapanması hüquqi təqib və iqtisadi sıxışdırma ilə qəzetlərin bağlanmağa məcbur edilməsinə nümunədir”.

Bunun kimi Rusiyada "Vtimes" saytı, Mərakeşdə “Əxbar əl-Yövm”, Birmada “7 Day News” və “Eleven” qəzetləri də bağlanıb. Səbəb Birmada 2021-ci ilin fevralında baş vermiş dövlət çevrilişidir. Həmin bir neçə həftə ərzində ölkənin bütün müstəqil media qurumlarının sonu gəlib. Hərbi xunta martda bir çox medianın lisenziyalarını ləğv edib.

“Jurnalistlər qətlə yetirilir, onlara fiziki zorakılıq tətbiq edilir, elə qəzetlər də onlar kimi öldürülür. Bu, adi hal alıb”, - RSF-in baş katibi Kristof Delua belə deyir.

Təşkilat qeyd edib ki, bir çox ölkələrdə qəzetlərin qapadılması, başqa sözlə, onların “öldürülməsi” insanları qətlə yetirilməsindən az səs yaradır: "Elə buna görə də beynəlxalq ictimaiyyətin diqqətindən yayınır. Belə məsələləri diqqətli araşdırmayanlar düşünər ki, bu qəzetlər səriştəsiz redaksiya işinin və ya ictimai marağın azalmasının qurbanıdır. Ancaq elə deyil. Bu qəzetlər əksər vaxtlarda qəsdən ölümə tərk edilir. Bu da informasiya almaq hüququnu pozur və gələcək üçün dəhşətli nəticələri olur”.

Məqalədə bildirilir ki, məsələn, Çin hökuməti “Apple Daily” qəzetininin aktivlərini dondurub.

Qəzet elə bir vəziyyətə düşüb ki, işçilərinin əmək haqqını ödəyə bilməyib.

Elə fəaliyyətini dayandıran “Əxbar əl-Yövm” qəzetinin sonu da buna oxşar olub: “Qəzet 2009-cu ildən çap olunurdu və hökuməti tənqid edirdi. Qəzetin redaktoru Tavfiq Buaxarin 2018-ci ildə həbs olundu. Bundan sonra dövlət sektoruna bu qəzetə reklam vermək qadağan edildi və qəzet mətbuata yardım fondunun dəstəyindən məhrum edildi”.

Misirin “Tahrir News” müstəqil qəzeti 2015-ci ildən internet üzərindən yayımlanırdı. Hakimiyyət 2020-ci ildə heç bir açıqlama vermədən saytı bloklayıb.

Kambocada da oxşar hadisə olub. 24 il ingilis dilində çap edilən “Cambodia Daily” qəzeti 2017-ci ildə bağlanmağa məcbur edilib. Səbəb iqtisadi boğulma və vergi təzyiqidir.

40 il ərzində çap edilən Nikaraquanın “El Nuevo Diario” qəzeti də 2019-cu ildə çapını dayandırıb.

Qeyd edilir ki, qəzet 2018-ci ilin antihökumət etirazlarını geniş geniş işıqlandırıb. Hökumət də cavabında qəzeti elə hala salıb ki, çap boyası və kağızını da ala bilməyib.

Qəzetləri təkcə iqtisadi çətinliyə salmırlar. RSF bildirir ki, onları həm də hüquqi qısnamaya məruz qoyur, qanunvericilik aktları ilə təqib edirlər.

Məsələn, Rusiyada “Vtimes” saytının açılandan bi il sonra qapadılmasına səbəb hakimiyyətin onu yeni qanunvericilik əsasında “xarici agent” elan etməsidir.

Sayt açılacaq cinayət işinin qarşısını almaq üçün qapanma qərarı verib.

Tacikistanın “Axbor” xəbər saytı da eyni yolla qapadılıb. Sayt hökuməti tənqid etdiyi üçün onun “qara siyahı”sına düşüb.

Burkina Fasoda da “Mutations” qəzeti cinayət təqibi ilə qapadılıb. Məhkəmə qəzetin redaktoruna qarşı 26 min avroluq təzminat hökmü çıxarıb. Daha sonra qəzet çapını dayandırmağa məcbur qalıb.

Zambiyada “The Post” qəzetindən guya ödənməmiş milyonlarla dollarlıq vergi tələb olunub. Bildirilir ki, vergi qanunundan qərəzli istifadə qəzetin sonunu gətirib.

RSF bəyan edib ki, Türkiyədə 2016-cı ildə baş tutmayan çevriliş cəhdinin ardınca elan olunmuş fövqəladə vəziyyət şəraitində “Zaman” və “Taraf”, habelə kürdyönlü “Özgür Gündem” qəzetləri bağlanıb.

Qəzetlərin onlarca jurnalistinə qarşı “terrorçu təşkilatın üzvlüyü” və “milli təhlükəsizliyə təhdid” ittihamları irəli sürülüb. Onlardan bir çoxu həbs edilib.

Macarıstanda isə 65 il bundan əvvəl sovetlərə qarşı qiyam zamanı çapa başlamış “Nepszabadsag” qəzeti 2016-cı ildə çapını dayandırıb.

Çapı dayanmadan öncə Macarıstanın "Mediaworks" holdinqinin rəhbəri “Nepszabadsag” jurnalistlərinin nəşriyyatın binasına buraxılmaması barədə qərar verib.

Bundan az sonra Mediaworks Macarıstanın baş naziri Viktor Orbana yaxın sayılan başqa bir media qrupuna satılıb.

RSF yazır ki, bir çox qəzetlər qısnamadan xilas olmaq yolunu internet versiyasına keçməkdə görüb.

75 illik çap tarixindən sonra Venesuelanın aparıcı “El Nacional” qəzetinin çap versiyası qadağan olunub, qəzet “online” çıxır.

Nigerin aparıcı gündəlik qəzeti olan “L’Evenement” da internet versiyasına keçib.

Redaktoru qəzeti məhv olmaqdan xilas etmək üçün ferma saxlayır, inək və dəvə südü, manqo satışı ilə məşğuldur.

Uzun illər ölkənin siyasi və hərbi rəhbərliyindəki korrupsiyadan yazan qəzet 2018-ci ildə reklamdan məhrum edilib və çap versiyasını dayandırıb.

RSF qeyd edir ki, qəzetlərin iqtisadi imkanlarının boğulması, onlara qarşı hüquqi qısnama geniş yayılmış təcrübədir.

Müstəqil qəzetləri susdurmaq üçün belə yollara əl atan ölkələrin əksəriyyəti Sərhədsiz Reportyorların 180 ölkəni əhatə edən “2021 Dünya Mətbuat Azadlığı İndeksi”ndə aşağı və ya çox aşağı səviyyədədir.

Məsələn, Hong Kong 80, Zambiya 115, Nikaraqua 121, Fas 136, Myanmar 140, Kamboca 144, Venezuela 148, Rusiya 150, Türkiyə 153, Misir 166, Azərbaycan 167, Tacikistan 162, Çin 177.

İstisnalarla 37 və 59-cu sırada yer alan Burkina Faso və Nigerdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov: "Göz müayinəsi üçün hələ də həkim göndərilmir" 

30 İyul 2026

Sosial media

Həbsdə olan sülh fəalı və akademik tədqiqatçı Bəhruz Səmədov gözündəki problemə baxmayaraq hələ də müayinədən keçmədiyini deyir.  Bu barədə ictimai fəal Əmrah Təhməzov "Toplum TV"-yə məlumat verib.  Onun sözlərinə görə, 10 gün əvvəl B.Səmədovun uzun müddət əvvəlki çağırışına cavab olaraq müayinə üçün dəri həkimi göndərilib.  "Ekzema adlı dəri xəstəliyindən də əziyyət çəkir. Lakin gözündəki problemlə bağlı da daha öncə həkim istəsə də, hələ də təmin olunmayıb. Dəri həkimi deyib ki, 1-2 günə göz həkimi də gələcək. Lakin hələ də göndərilməyib", - o qeyd edib.  B.Səmədov bununla bağlı Ombudsman Aparatına şikayət etdiyini, hələ də cavab almadığını bildirib.  İyulun 9-da sülh fəalı...
Siyasət

HRW: “Bu, müstəqil mediaya qarşı repressiyalar başlayandan bəri çıxarılan ən ağır hökmdür”

30 İyul 2026

Açıq mənbə

“2026-cı il iyulun 27-də Azərbaycan məhkəməsi doqquz media əməkdaşı və vətəndaş cəmiyyəti fəalını 12 ildən 15 ilədək azadlıqdan məhrum edib. Bu, hökumətin müstəqil mediaya qarşı davam edən repressiyalarına başladığı vaxtdan bəri çıxarılan ən ağır cəzalardır. “Human Rights Watch” (HRW) insan haqları təşkilatının “Toplum TV işi” üzrə çıxarılmış hökmlərlə bağlı açıqlamasında belə deyilir. Təşkilat qeyd edir ki, bu, 2025-ci ilin iyununda “Abzas Media işi” üzrə jurnalistlərə verilən 7 il 6 aydan 9 ilədək həbs cəzalarını da geridə qoyur. HRW xatırladır ki, hakimiyyət əvvəlcə doqquz nəfəri qaçaqmalçılıqda ittiham edib, daha sonra isə onlara digər maliyyə xarakterli ittihamlar da əlavə olunub. “Təqsirləndirilən şəxslərin...

Seçilmiş Videolar

Toplum TV loqo