Sosial

Məhbus anası: Oğlumdan işgəncə ilə ifadə almaq istəyirlər

12 Avqust, 2022
2392

Açıq mənbələrdən götürülüb

"Oğlumu dubinkayla döyüblər, elektroşok veriblər, əllərinin, ayaqlarının damarlarını partladıblar"

"Toplum TV"-yə danışan Yeganə Dadaşzadə oğlunun “Bandotdel”də (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) işgəncəyə məruz qaldığını iddia edir.

Onun oğlu - Sadiq Dadaşzadə təkrar törərdiyi qanunsuz narkotik dövriyyəsi cinayətinə görə 18 aylıq həbs cəzası çəkir.

Qadının sözlərinə görə, oğlu 14 saylı Cəzaçəkmə Müəssisəsində olarkən başqa bir cinayətin istintaqı üçün Ağdaşa aparılıb. Ağdaş Rayon Polis Şöbəsində dindirildikdən sonra isə polis əməkdaşlarından birinin şəxsi maşınıyla “Bandotdel”ə aparılıb.

"Oğluma səhərdən axşama qədər işgəncə ediblər, dubinkayla döyüblər, elektroşok veriblər, əllərinin, ayaqlarının damarlarını partladıblar", - deyə Y. Dadaşzadə söyləyir.

O qeyd edir ki, hadisənin səhəri günü oğlunu yenidən Ağdaş Rayon Polis Şöbəsinə gətiriblər. Hadisədən xəbər tutan ana oğlu ilə görüşmək istəsə də, ona icazə verməyilər.

https://toplum.tv/multimedia/polise-qarsi-ifade-verdi-hebs-olundu

"Mən oğlumu görmək istəyirdim deyə onu tez Ağdaşdan Şəkiyə apardılar. Mən də Şəkiyə getdim. Axırda mənə iki saatlıq görüş verdilər. Amma o iki saatın yarısını dayana bilmədik. Oğlum böyük bayıra çıxanda qanadığını dedi, gördüm, əl-ayağında damarları partlayıb, dedi, qabırğam da sınıb. Həkim istədik, gətirmədilər", - Yeganə Dadaşzadə deyir.

Qadının sözlərinə görə, şöbənin əməkdaşları da onun müraciətinə laqeyd yanaşıblar: "Dedim oğlum pis hala düşüb, dedilər, ölməyib ki..."

Yeganə Dadaşzadə iddia edir ki, oğluna işgəncəni dostu əleyhinə ifadə almaq məqsədilə veriblər.

"Oğlumun dostlarından birinin oğurluq etdiyindən şübhələnirlər. Oğlumu da şahid kimi danışdırmaq istəyirlər ki, etiraf etsin ki, guya dostu oğrudur. Onlara nə var, adamdır da, narkotikdən tutulub, əllərinə düşüb, istifadə edirlər. Axı oğlum elə bir şey görməyib, niyə zorla onun boynuna qoymağa çalışırlar?"- qadın sual edir.

Y. Dadaşzadə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarından şikayətçi olduğunu bildirir.

O, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) də müraciət edib, nazirlik əməkdaşları ona işin nəzarətdə olduğunu bildiriblər.

DİN: “İddialar əsassızdır”

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov isə Toplum TV-nin sorğusuna cavab olaraq bildirib ki, Sadiq Dadaşzadəyə qarşı polis əməkdaşları tərəfindən fiziki güc tətbiq olunması, eləcə də qanunsuz tələblər irəli sürülməsi ilə bağlı iddialar əsassızdır.

“O, rayonda baş verən oğurluq hadisələrində şübhəli bilindiyi üçün məhkəmə qərarı əsasında Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsindən Ağdaş Rayon Polis Şöbəsinə gətirilib. Dindirildikdən sonra yenidən həmin müəssisəyə qaytarılıb. Onun Daxili İşlər Nazirliyinin başqa bir struktur qurumuna aparılması ilə bağlı qeyd edilən fikirlər isə həqiqəti əks etdirmir”, - deyə DİN əməkdaşı bildirib.

Hüquqşünas: “Nazirliyin araşdırma belə aparmadan verdiyi cavab onu göstərir ki…”

Sadiq Dadaşzadənin anasına hüquqi yardım göstərən hüquqşünas Səməd Rəhimli deyir ki, prokurorluq fakt üzrə araşdırma aparmalıdır.

https://toplum.tv/multimedia/sikayetci-pulsuz-dermanlari-bele-ala-bilmirik

“Bundan əlavə də intizam icraatını aparmaq səlahiyyəti Daxili İşlər Nazirliyindədir. Lakin nazirliyin araşdırma belə aparmadan verdiyi cavab onu göstərir ki, bundan sonra da səmərəli araşdırma olmayacaq”, - hüquqşünas qeyd edir.

Səməd Rəhimli - Əkinçi

Səməd Rəhimli deyir, təcrübədə belə hallarla tez-tez qarşılaşmaq olur: “Bundan əvvəl də Daxili İşlər Nazirliyində pis rəftar və işgəncə hallarıyla bağlı şikayətlər olub. Lakin nazirlik və prokurorluq orqanları tərəfindən bu şikayətlər səmərəli şəkildə araşdırılmayıb”. 

Hüquqşünas bildirir ki, ölkə daxilində effektiv araşdırma aparılmasa, şikayətçilərin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüquqları var: “Hətta işi davam etdirmək iradələri olsa, udmaq perspektivləri də var”.

S. Rəhimlinin dediyinə görə, Avropa Məhkəməsi indiyədək 30-dan artıq işdə Azərbaycanda pis rəftar və işgəncə faktlarıyla bağlı səmərəli araşdırma aparılmadığına dair pozuntu qərarları çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo