Sosial

Məktəblər açılsın, açılmasın? - “Şagirdlərin peyvəndlənməsindən başqa çarə yoxdur”

6 Sentyabr, 2021
3423

Açıq mənbələrdən götürülüb

Son günlər koronavirusa yoluxma hallarının 3-4 min arasında dəyişməsi və bu səbəbdən məktəblərin açılıb-açılmayacağı ölkə gündəminin başlıca müzakirə mövzularındandır. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Toplum TV”-yə açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar məktəblərdə tədrisin əyani, yoxsa distant formada keçiriləcəyi sabah məlum olacaq. 

Həkim-pediatr Vaqif Qarayev isə deyir ki, məktəblər açılacağı təqdirdə yoluxma sayının artacağı qaçılmazdır. Belə olan halda isə uşaqlara da peyvənd vurulması məsələsi aktuallaşacaq.

Vaqif Qarayev

“Koronavirusun “Delta” ştammı xüsusilə uşaqlarda mədə-bağırsaq traktını zədələyir. Məktəblərin açılması ilə virusun yayılması daha da sürətlənəcək. Ona görə də bunun qarşısını almaq üçün şagirdlərin peyvəndlənməsindən başqa çarə yoxdur. Düşünürəm ki, koronavirus əleyhinə peyvəndlərin uşaqlar üzərindəki təsirləri araşdırıldıqdan sonra tətbiqə başlanılmalıdır”, - deyə həkim bildirib.  

Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikrincə, bu məsələdə dünya təcrübəsi öyrənilməlidir: “Şübhəsiz ki, digər ölkələrin koronavirusa qarşı mübarizə tədbirləri Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən öyrənilir. Uşaqların peyvəndlənməsi virusun qarşısını ala biləcək səmərəli metod olarsa, bu, Azərbaycanda da tətbiq edilməlidir. Hər halda xarici təcrübəni araşdırmağa dəyər”.

Aydın Mirzəzadə - Açıq mənbələrdən götürülüb

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyev sözügedən məsələ ilə bağlı qərarın Operativ Qərargah tərəfindən veriləcəyini bildirib. Qərargahdan isə açıqlama almaq mümkün olmayıb. 

Bəs valideynlər övladlarının peyvəndlənməsinə razıdırlarmı?

3 övladı orta məktəbdə oxuyan Rəvanə Şəkərova "Toplum TV"-yə açıqlamasında deyib ki, uşaqlarına peyvənd vurulması məsələsi onu narahat edir: “Mən özümüzün belə peyvəndlənməsinə tərəddüd edirəm, o ki qaldı uşaqların. İstəmərəm uşaqlarıma peyvənd vurulsun. Hərədən bir söz eşidirik, bəziləri deyir, peyvəndlənsə, yaxşıdır, bəziləri isə əksini iddia edir. Peyvəndlə bağlı bizdə əvvəlcədən neqativ fikirlər formalaşdırdılar. Ona qalsa, 1 yaşınadək uşaqlarıma müxtəlif peyvəndlər vurdurmuşam. Amma koronavirusa qarşı peyvəndlə bağlı çoxsaylı mənfi fikirlər səsləndirilir. Əgər bilsəm ki, həqiqətən də əks-təsiri yoxdur, özümə də, uşaqlarıma da peyvənd vurduraram”. 

Valideyn distant təhsilin əleyhinə olduğunu da bildirir: “Mən istərdim ki, uşaqlarım məktəbə hər gün getsinlər. Çünki onlayn dərslərdən uşaqların heç nə anlamadığını düşünürəm. Ona görə də məktəbin açılmağını istəyirəm”. 

Digər valideyn Simuzər Zəkiyeva isə övladlarının peyvəndlənməsinə tamamilə qarşıdır: “Mən özüm peyvənd olunmuşam, amma nəticəsinin necə olacağını bilmirəm. Ona görə də uşaqlarımın peyvəndlənməsinə qəti şəkildə qarşıyam. Onları məktəbdən belə çıxarda bilərəm, təki peyvənd vurulmasın”.

Valideynlər Mehriban Hüseynova və Ülviyyə Cavadzadə də övladlarına peyvənd vurulmasının əleyhinədirlər. Onlar bildirirlər ki, peyvənd olunmaq yerinə, dərslərin onlayn keçirilməsinə razıdırlar. 

Koronavirus əleyhinə peyvəndin uşaqlara ziyanı varmı? 

İnfeksionist Mərdan Əliyev deyir ki, peyvəndlərin uşaqlar üzərindəki əks-təsirləri ilə bağlı tədqiqatlar yeni-yeni aparılır: “Koronavirus əleyhinə peyvəndlərin bəziləri 18, bəziləri hətta 60 yaşdan yuxarı şəxslərə tövsiyə edilir. Azərbaycanda daha çox istifadə olunan “Coronavax” barədə isə araşdırmalar aparılır və onun 12 yaşdan yuxarı uşaqlara tətbiqinə icazə verilir. Böyük ehtimalla Çin istehsalı olan bu peyvəndin uşaqlara da vurulmasına icazə veriləcək. Yan təsirlərinə gəldikdə isə uşaqlar bu peyvəndi böyüklərdən daha yüngül keçirəcəklər. Ona görə də ciddi təsirlərinin olacağını gözləmirik”.

Mərdan Əliyev - Sosial Media

Həkim onu da vurğulayır ki, əyani təhsilin başlanması üçün peyvəndin vurulması vacibdir, əks-halda yoluxma sayı kəskin şəkildə arta bilər.

Dünya ölkələrində durum necədir?

Avropa Dərman Agentliyi uşaqlara peyvənd vurulmasını təsdiq edib.

“Euronews”-un sentyabrın 4-də verdiyi məlumata əsasən, Avropa Dərman Agentliyi (EMA) bu ilin mayında 12-15 yaş arası uşaqlar üçün “Pfizer” peyvəndinin, daha sonra isə 12-17 yaş qrupu üçün “Moderna” peyvəndinin istifadəsini təsdiqləyib.

The Local France

İtaliya hökuməti isə gənclərin əksəriyyətinin məktəb başlayanadək peyvəndlənməsini qarşısına məqsəd qoyub. Avqustun 24-də açıqlanan peyvənd hesabatına görə, yeniyetmələrin 49,86 faizi bir doza , 28,39 faizi isə tam olaraq peyvəndlənib. 

İngiltərədə 18 yaşdan kiçiklər üçün peyvənd proqramı ölkənin müəyyən yerlərində yenicə tətbiq olunmağa başlayır. Ölkədəki bütün 16 və 17 yaşlı gənclərə avqustun 23-dən etibarən peyvənd vurulur. Şimali İrlandiyada da 16 və 17 yaşlı gənclər bir neçə həftədir ki, peyvənddən istifadə edə bilirlər. Birgə Peyvəndləmə və İmmunlaşdırma Komitəsi (JCVI) isə 12-15 yaş arası uşaqlara peyvənd vurulmamasını tövsiyə edib.

İsveçrə iyunun əvvəlində 12 yaşdan yuxarı uşaqlar üçün “Pfizer” peyvəndini təsdiqləyib. Avqustun 22-də yayımlanan son rəqəmlərə görə, 10-19 yaş arası 150.000 insan COVID-19 peyvəndinin ən azı bir dozasını alıb.

Türkiyədə də 12 və daha yuxarı yaşda olan məktəblilərə koronavirusa qarşı peyvənd tətbiq etmək gündəmdədir.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyinin ölkədə məktəblərin yeni tədris ilinin açıldığı ərəfədə yaydığı tövsiyə xarakterli məlumatında bildirilib. Qeyd edilib ki, sözügedən yaş qrupunda olanlar xroniki xəstəlikləri olsa belə, valideynlərinin razılığı əsasında peyvənd olunmaq hüququna malikdirlər.

Uşaqlara peyvənd tövsiyə edənlərin siyahısına həmçinin Almaniya, Estoniya, Fransa, İrlandiya, Polşa, İsveç, İspaniya kimi ölkələr daxildir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo