APA
Martın 31-də Qobustanın Cəyirli kəndində torpaq sürüşməsi baş verib.
Sürüşmə nəticəsində kənd ərazisində 40-dan çox evin divarlarında irili-xırdalı çatlar əmələ gəlib. Torpaq sürüşməsi zamanı vətəndaşlara məxsus 2 yaşayış ev tam qəzalı vəziyyətə düşdüyündən evlərdə yaşayış üçün təhlükəli vəziyyət yaranıb.
Qeyd edək ki, son vaxtlar Qobustana yağan qar və yağışdan sonra rayonun Cəyirli kəndində torpaq sürüşməsi yenidən aktivləşib. Bir həftə öncə başlayan sürüşmə daha da artıb, bəzi evlərə ciddi ziyan dəyib. Hazırda bir neçə evin tavanında, döşəməsində, yardımçı tikililərdə xırda çatlar genişlənərək iri yarğanlar yaranıb.
Kənd sakini Vidadi Axundova məxsus yaşayış evi sürüşmə nəticəsində qəzalı vəziyyətə düşdüyündən, artiq 2 gündür, ailə üzvləri evi boşaldaraq qohumlarının evində qalmaq məcburiyyətində qalıblar. Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir, evlərdə yararanan xırda çatların əhatəsi böyüyərək, təhlükəli vəziyyət yaradır.
Sakinlər deyir ki, Cəyirli kəndində ilk torpaq sürüşməsi 2003-ci ildə baş verib. Sürüşmə zamanı bəzi evlər qəzalı vəziyyətə düşdüyü üçün dövlət tərəfindən həmin evlərin sahiblərinə kompensasiya verilib, bəzi ailələr başqa əraziyə köçürülüb. 19 il idir ki, Cəyirli kəndində sürüşmə baş verməsə də, bu il yenidən aktivləşmə başlayıb (APA).
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Şəmkir İH
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?
aayda.gov.az
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar