Sosial

Taxılın qiymətini kimlər niyə qaldırır?

19 Avqust, 2022
2132

Açıq mənbələrdən götürülüb

Azərbaycanda iri un və çörək istehsalçıları bu gün birgə məlumat yayaraq bildiriblər ki, ölkədə çörəyin qiyməti 5 qəpik artacaq.

“Toplum TV” taxıl idxal edən holdinqlərdən qiymət artımının səbəblərini soruşub.

Karat Holdinq və “Dəvəçi-Dəyirman” MMC-dən bildirilib ki, avqustun 18-də İqtisadiyyat Nazirliyi istehsalçılarla iclas keçirib, qiymət dəyişikliyinə orada qərar verilib. MMC rəsmiləri bildirir ki,  buna səbəb Rusiyada taxılın bahalaşmasıdır:

“Taxılın çox hissəsini bu ölkədən alırıq. Onlarda isə taxıl bahadır,  150 dollar dövlət rüsumu qoyublar. Bu gün artıq dəyirmanların çoxusu eyni qiyməti təklif edir”.

“Bakı Taxıl Terminal” MMC-dən isə bildirilib ki, bahalaşma süni deyil:

“Bahalaşma hər yerdədir. Çünki taxıl bahadır. Rəhbərlik deyib ki, qiymətlər qalxacaq”.

Bununla yanaşı, qiymət dəyişikliyini tətbiq etməyən idxalçılar da var. “Sünbül” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmisi Qismət Məmmədov deyir ki, unun qiymətinin qalxmasını eşidiblər, amma hələlik tətbiq etməyiblər:

“Unun qiyməti hələki 35,90 qəpikdir. Taxılın qiyməti qalxıb, işləmək çətindir. Bu, iki cür həll olunmalıdır. Ya qiymət bahalaşmalıdır, ya da subsidiya verilməlidir. Rusiyada, Qazaxıstanda taxıl təzə biçilir. Sonra qiymətlər daha da qalxacaq. Dünyada vəziyyət pisdir. Buğda ala bilmirik, çətinliklər var”.

https://toplum.tv/iqtisadiyyat/rusiya-ukrayna-muharibesi-azerbaycan-corekle-imtahana-cekile-bilermi

Azərbaycanın iri un və çörək istehsalçılarının birgə yaydığı məlumatda həmçinin deyilir ki,  bu gündən 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manatdır.

Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2022-ci ilin iyul ayında 2021-ci ilin müvafiq ayı ilə müqayisədə ərzağın dünya üzrə qiymət artımı 13,1% səviyyəsində dəyərləndirilir. Təşkilatın proqnozlarına əsasən, 2022-ci ildə ümumilikdə qlobal istehsalın həcminin azalacağı gözlənilir.

Azərbaycan ərzaqlıq buğdanı iki ölkədən – Rusiya və Qazaxıstandan idxal edir. Rusiyanın 2021-ci ilin fevral ayından tətbiq etdiyi yüksək ixrac tarifləri  hələ də qüvvədə qalır.

İyulun 1-dən avqustun 8-dək 4,72 milyon ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövründəkindən 8 faiz azdır. Bununla bərabər, Rusiyadan taxıl idxal edən ölkələrin sayında da kəskin azalma var: 20-dən 12-yə düşüb. İxracatçı şirkətlərin sayı isə 34-dən 19-a düşüb.

Avqustun ilk həftəsində dünya bazarında buğda qiymətlərinin ciddi azalması qeydə alınıb. Fransa buğdası 2,8 faiz ucuzlaşmaqla tonu 352 dollara, Rusiya buğdası 5-5,5 faiz ucuzlaşmaqla 340 dollara düşüb. Beləliklə, Rusiya buğdası Avropa buğdası ilə müqayisədə 12 dollar ucuz qiymətə təklif olunur.

https://toplum.tv/sosial/rusiya-ukrayna-muharibesi-olkede-hansi-mehsullari-bahalasdirib

İqtisadçı Nazim Bəydəmirlinin açıqlamasına görə, hökumətin bu addımı yerli istehsalçıları deyil, monopolistləri qorumağa hesabalanıb:

“Bilirsiniz ki, Rusiya Federasiyası ötən ilin əvvəlindən buğdaya və digər taxıl növlərinə ixrac vergisi tətbiq edib. Eyni zamanda Azərbaycan hökumətinin də verdiyi statistik rəqəmlərə görə, ərzaq buğdası ilə təchizat əsas olaraq Rusiyanın hesabına həyata keçirilir. Ötən ildən aksiz qalxdığına görə, elə ötən ilin may ayından bu ilin yanvarına kimi Nazirlər Kabinetinin qərarı ilə un istehsalçılarına subsidiyalar verilirdi. Bu subsidiyalar əslində mənimsənilirdi. Baxmayaraq ki, üçüncü sinif buğda gətirilməlidir, ölkəyə idxal olunan buğdanın dördüncü və beşinci sinif, yem üçün nəzərdə tutulan buğdalar olduğu sirr deyil. Azərbaycanda un istehsalı monopolist şirkətlərin əlindədir. Bir neçə şirkətdir ki, həm ötən ildən bu ilin əvvəlinə qədər dövlətdən subsidiya alırdı, həm də keyfiyyətsiz un istehsal edirdilər”.

Nazim Baydəmirli - Açıq mənbələrdən götürülüb

İqtisadçının fikrincə, ölkəni buğda ilə təmin etmək üçün hökumətin ilk addımı  işğaldan azad olunan torpaqların potensialından istifadə etməkdir.

“İkincisi, Kənd Təsərrüfatı Nazirliyinin bu sahəyə cavab verən şəxsləri normal idarəçiliklə məşğul olmalıdırlar. O cümlədən, su və meliorasiya təsərrüfatı yenilənməlidir, liberal bazar dəyərləri oturuşmalıdır”, - deyə iqtisadçı qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

“Naxçıvan TV” əməkdaşları: “Bu qədər laqeyd münasibət görməmişik, etiraz aksiyasına hazırlaşırıq”

17 İyun 2026

Azərtac

Naxçıvan Dövlət Televiziyasının bir qrup əməkdaşı maaşların azaldılması, əmək hüquqlarının pozulması və idarədəki vəziyyətlə bağlı narazılıqlarını ifadə edərək, Naxçıvan Ali Məclisinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırdıqlarını bildiriblər. Əməkdaşlar bununla bağlı “Gündəlik Naxçıvan” vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, işçilər əmək haqqları aşağıdır və bu, müntəzəm narazılığa səbəb olur. “Naxçıvan Televiziyasının tarixində bəlkə də heç bir dövrdə əməkdaşlara qarşı bu qədər laqeyd münasibət müşahidə olunmayıb. Hazırda bir çox əməkdaş 450-500 manat əməkhaqqı ilə fəaliyyət göstərir. Onsuz da ağır olan sosial vəziyyət fonunda əməkdaşların qanuni hüquqlarının məhdudlaşdırılması kollektivdə narazılığı daha da artırır”, - müraciətdə bildirilir. Əməkdaşlar əsas problemlərdən biri kimi...
Sosial

Azərbaycan məhbus sayında Avropanın ikincisidir: alternativ cəzalar niyə işləmir?

15 İyun 2026

Açıq mənbə

Azərbaycan hər yüz min nəfərə düşən məhbus sayına görə Avropa ölkələri sırasında ikincidir.  Bu, Avropa Şurasının 2025-ci il üzrə “Avropada həbsxanalar və məhbuslar” adlı illik hesabatında öz əksini tapıb.  Hesabatda bildirilir ki, Azərbaycanda hər 100 min nəfərə 271 məhbus düşür. Bu göstərici ilə Azərbaycan yalnız hər yüz min nəfərə 458 məhbusun düşdüyü Türkiyədən geri qalır. Azərbaycan həbsxanalarında hər 100 yerə isə 98 məhbus düşür. Azərbaycan bu göstərici ilə Avropa ölkələri sırasında 17-ci yerdədir. Vəkil Fariz Namazlı “Toplum TV” - yə deyir ki, bunun birinci səbəbi həbs cəzasına üstünlük verən cəza siyasətidir. “2025-ci ilin əvvəlində Azərbaycanda 27,673 məhbus olub. Bu, hər...

Seçilmiş Videolar

Toplum TV loqo