Reuters
İsrail hökuməti Qəzza zolağına endirilən zərbələrin dayandırılmasına qərar verib.
Bu barədə İsrailin “Kanal 13” telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrail mayın 21-i, saat 2-də atəşi dayandırmaq niyyətindədir.
"İsrailin atəşin birtərəfli qaydada dayandırılması barədə elanı müsbət addım olacaq, ancaq bu, kifayət deyil".
Bunu isə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib.
"Yəqin ki, onlar birtərəfli qaydada barışıq elan edəcəklər. Bu müsbət haldır, kütləvi qətllər, zorakılıq dayanacaq. Amma bu, heç bir halda yetərli deyil", - deyə nazir vurğulayıb.
ABŞ prezidenti Co Bayden İsrail hökumətinin qərarını hərarətlə qarşılayıb.
Bayden İsrailin baş naziri ilə telefon danışığında Qəzza sektorunda hərbi əməliyyatların dayandırılması barədə qərarına görə Binyamin Netanyahuya təşəkkür edib.
Birləşmiş Ştatlar prezidenti misirli həmkarı Əbdülfəttah əl-Sisiyə də atəşin dayandırılmasındakı vasitəçiliyinə görə təşəkkür edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”