Amerkalı biznesmen Elon Mask sahib olduğu "Tesla" şirkətinin səhmlərini 6,9 milyard dollara satıb.
CNN xəbər verir ki, bu, milyarderin indiyə qədər həyata keçirdiyi ən böyük satışdır.
Mask məhkəmənin qərarıyla "Tvitter"i almaq məcburiyyətində qalacağı təqdirdə "Tesla"nın səhmlərinin son anda satılmasından qaçmaq istədiyini söyləyib.
Dünən, avqustun 9-da ABŞ birjaları bağlandıqdan sonra yayımlanan sənədlərə əsasən, "Tesla"-nın baş direktoru avqustun 5-də təxminən 7,92 milyon səhm satıb.
Bir müddət əvvəl biznesmenin "Tvitter" sosial şəbəkəsini 44 milyard dollara satın alacağı ilə bağlı məlumat yayılmışdı. Sonra o, bu sövdələşmədən çəkilib. Nəticədə "Tvitter" Maskı şirkətin nüfuzuna xələl gətirmək ittihamıyla məhkəməyə verib. Öz növbəsində biznesmen isə deyir ki, "Tvitter" rəhbərliyi ona sosial medianın imkanları barədə şişirdilmiş məlumatlar verib. Hazırda iş məhkəmədədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
FOX
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar